Növbədənkənar prezident seçkilərinin keçirilməsinə SƏBƏB NƏDİR? – ŞƏRH 

Növbədənkənar prezident seçkilərinin keçirilməsinə SƏBƏB NƏDİR? – ŞƏRH 

Hazırda oxunan: Növbədənkənar prezident seçkilərinin keçirilməsinə SƏBƏB NƏDİR? – ŞƏRH 

168088

Xəbər verdiyimiz kimi, Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilib. Prezident İlham Əliyev dekabrın 7-də bununla bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, seçkilər 2024-cü il fevralın 7-də baş tutacaq. 

Bəs, növbədənkənar prezident seçkilərinin keçirilməsinə səbəb nədir?

Politoloq Tofiq Abbasov Bizim.Media-ya açıqlamasında mövzunu şərh edib. O bildirib ki, İlham Əliyevin bu qərarı ictimai, siyasi, sosial şəraitimizlə bağlıdır: 

“Biz bilirik ki, dövlət başçımız islahatları priotitet hesab edən siyasətçidir. Dünyada İlham Əliyevə olan diqqət nahaq yerə artmır. İlham Əliyevin yenilikçi ruhu, onun innovativ yanaşmaları Azərbaycandakı daxili vəziyyəti sabit və qənaətbəxş edib. Dünya praktikasında da belədir, daxili vəziyyət xaricdəki uğurları şərtləndirir. Bizim çox ümidverici potensialımız var və bu, durmadan artır. 

Bu qərar həm də qarşıdan gələn çağırışlarla, həm də daxildəki vəziyyətin daha təkmil olması ilə bağlıdır. Dövlət başçımız hansı addımı atırsa, hər şeyi ölçüb-biçir. Özünün də bu haqda açıqlaması olub”. 

Politoloq əlavə edib ki, Azərbaycanın düşmənləri həmişə yox yerdən qan çıxarırlar: 

“Onlar hər zaman ağ fonda qara ləkə tapmağa çalışırlar. Bu, onların vərdişidir, istəyidir. Qarşıdan gələn seçkilərdə də görəcəyik ki, Qərbdəki institutlar, onların siyasi dərəcələri bizim proseslərə nə dərəcə qeyri-obyektiv yanaşırlar. 
Bu yaxınlarda Özbəkistanda, ondan qabaq Qazaxıstanda seçkilər keçirildi. Onlara qarşı da eyni münasibət bəsləndi. Ümumiyyətlə, İslam, türk dövlətlərinə qarşı Qərbdə xüsusi qərəz, məkrli siyasət var. Odur ki, bunlar bizim üçün bəlli motivlərdir. Biz öz işimizdən yayınmamalı və diqqətli olmalıyıq”. 

Məhərrəm Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO