Bir imperiyanın ÇÖKÜŞÜ – SSRİ-nin dağılma planının müəllifləri kimlər idi?

Bir imperiyanın ÇÖKÜŞÜ – SSRİ-nin dağılma planının müəllifləri kimlər idi?

Hazırda oxunan: Bir imperiyanın ÇÖKÜŞÜ – SSRİ-nin dağılma planının müəllifləri kimlər idi?

168076

32 il əvvəl-1991-ci ildə dünyanın fövqəldövlətlərindən olan Sovet İmperiyasının varlığına son qoyulur. 

Doğrudur, SSRİ-nin dağılması prosesi 1980-ci illərin ortalarından başlamışdı. Belə ki, həmin dövrdən artıq Moskvaya tabe olma meyilləri azalmış, ittifaq ölkələrində azadlıq hərəkatları güclənməyə başlamışdı.
 

MÖVZU İLƏ BAĞLI:

Qorbaçovdan gecikmiş etiraf: “SSRİ-ni bu 3 şey dağıtdı...”


SSRİ-ni qorumaq cəhdlərinin iflası...

1991-ci ildə isə dağılma prosesi son mərhələyə qədəm qoydu. Dövlətlər bir-birinin ardınca müstəqilliklərini elan etməyə başladılar. 1991-ci ilin iyun ayında Rusiya Sovet Federativ Sosialist Respublikası (RSFSR) dövlət suverenliyi barədə Bəyənnammə qəbul etdi. 1991-ci ilin iyununda Boris Yeltsin RSFSR-in prezidenti seçildi. 

1991-ci ilin avqustunda Sovet İttifaqını qoruyub saxlamaq istəyən yüksək çinli məmurlar ölkədə fövqəladə vəziyyət elan etdilər. Qorbaçovun "səhhəti ağır olduğu üçün" onun səlahiyyətləri Gennadi Yanayevə verildi. Yanayev Moskvaya hərbi qüvvə yeritdi, lakin bu cəhd uğursuz alındı.

"Avqust qiyamı" puç oldu. Bu hadisədən sonra Kommunist partiyasının fəaliyyəti dayandırıldı. 1991-ci dekabrın 8-də üç respublikanın – Belarus, Ukrayna və Rusiya liderlərinin iştirakı ilə “Belovejsk sazişi” imzalandı. Bununla da Sovet İttifaqı tarixin arxivinə göndərildi. İki həftə sonra-dekabrın 25-də isə SSRİ prezidenti Mixail Qorbaçov Televiziya ilə istefası haqqında fərmanı oxudu. Bununla 1922-ci ildə yaradılan SSRİ tam süquta uğradı.

“Plan 1970-ci illərdə hazırlanmışdı...”

Bizim.Media-ya açıqlamasında politoloq Cümşüd Nuriyev bildirib ki, sovet imperiyasının süqutunun Azərbaycan üçün mühüm əhəmiyyəti oldu:

“SSRİ-nin dağılmasından 32 il keçir. Amma həmin dövlətin dağılması 1970-ci illərdə ABŞ-da Bjezinski, Kissincerin başçılığı ilə hazırlanmış layihə idi. Həmin layihəyə görə, Sovetlər Birliyi 1995-ci ildə dağılmalı idi. 

2005-ci ilə qədər isə onların planında Rusiyanı dağıtmaq dururdu. Amma Putinin hakimiyyətə gəlişilə bu planlar pozuldu. Həmin layihəni həyata keçirən Qorbaçovun əsl familyası Qarberdir. SSRİ-nin süqutu məsələsi Brejnevlə belə razılaşdırılıb. 

Keçən əsrin 70-ci illərin əvvəllərində bir dollar sovet rublu ilə müqayisədə 67 qəpiyə düşəndə SSRİ-nin dağıdılması qərarına gəlirlər. Bu xüsusda da əvvəlcə SSRİ rəhbərliyinə öz adamlarını yerləşdirdilər. Sonra da onların əlilə SSRİ-ni dağıtdılar. 
Amma bununla belə, Sovetlər Birliyinin dağılmasının Azərbaycan üçün mühüm əhəmiyyəti oldu. Azərbaycan müstəqilliyini bərpa etdi və belədə bir millət olaraq özümüzü tapdıq”.

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO