Bu gün MSK prezident seçkiləri ilə bağlı qərar qəbul edəcək

Bu gün MSK prezident seçkiləri ilə bağlı qərar qəbul edəcək

Hazırda oxunan: Bu gün MSK prezident seçkiləri ilə bağlı qərar qəbul edəcək

168046

Bu gün Mərkəzi Seçki Komissiyasının iclası keçiriləcək.

Bizim.Media xəbər verir ki, MSK növbədənkənar prezident seçkilərinin təyin edilməsi ilə bağlı qərar verəcək.

Qeyd edək ki, fevralın 7-də Prezident İlham Əliyev “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” sərəncam imzalayıb. 

Sərəncama əsasən, Mərkəzi Seçki Komissiyası növbədənkənar prezident seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və Məcəllədə müəyyən edilmiş qaydada keçirilməsini təmin etməlidir.

Xatırladaq ki, Prezident növbədənkənar prezident seçkilərini elan etdiyi gündən başlayaraq bir həftədən gec olmayan müddətdə seçkilər Mərkəzi Seçki Komissiyası tərəfindən çərşənbə gününə təyin edilir və 60 gün müddətində keçirilir.
Seçkilərin təyin edilməsi haqqında qərar rəsmi dərc olunduqdan sonra prezidentliyə namizədlər irəli sürülür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO