"Zəfər seçkilərinin keçirilmə vaxtı İlham Əliyevə veriləcək milyonlarla səsi dəyişmir" - Zahid Oruc

Hazırda oxunan: "Zəfər seçkilərinin keçirilmə vaxtı İlham Əliyevə veriləcək milyonlarla səsi dəyişmir" - Zahid Oruc

168044

Qlobal sarsıntılar və təhlükələr dövründə prezident seçkilərinin 2024-cü il fevralın 7-nə təyin edilməsi Vətən müharibəsində Azərbaycana məğlub olan qüvvələrin xarici müdaxilə və planlarından ölkəmizi qorumaq üçündür. Seçkilərin vaxtının irəli çəkilməsi üçüncü dövlətlərin planlarının pozulması və erməni təxribatlarına cavab olaraq sentyabrın 27-də verilən qərarla eyni mənaya malikdir.

Bizim.Media xəbər verir ki, bu sözləri İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin bu gün keçirilən plenar iclasında deyib.

O bildirib ki, Prezident İlham Əliyevin siyasi nüfuzu nəinki ölkə daxilində, yaxud İslam-Türk coğrafiyasında, eləcə də dünya liderləri arasında ən yüksək dövrünü yaşayır.

Vətən müharibəsi zamanı 44 gündə Prezidentin çağırışına verilən milyonlarla səs əsl ümumxalq referendumu idi. Yəni, müharibədə qazanılan Qələbə azad, ədalətli, demokratik, legitim seçki hadisəsi idi.

Zəfər seçkilərinin hansı tarixdə keçirilməsi dövlətimizin başçısı İlham Əliyevə veriləcək milyonlarla səsi dəyişmir. Müstəqillik tarixində Ulu Öndər Heydər Əliyevin 1993-cü ildəki mütləq qələbəsi kimi, Vətən müharibəsindən sonra prezidentin kimliyi və seçkilərin nəticələri də təqvimin ilindən və günlərindən asılı deyil.
“Fevralın 7-si millətimizin silahsız, dinc səsi ilə düşmənə qalib gələcəyi gündür. Kim əksini düşünürsə, o, işğalın, məğlubiyyətin yanındadır. Zəfər seçkiləri 2019-cu ildəki kimi. hakimiyyətin bütün qollarında aparılan kadr və struktur dəyişiklikərinin, gələcəkdə parlament, məhkəmə və bələdiyyə institutlarının da xalqın səsi ilə formalaşmasının əsas təminatçısı olacaq”, - deyə Zahid Oruc qeyd edib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO