Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell Azərbaycan ilə Ermənistan arasında qarşılıqlı hərbi əsirlərin azad edilməsinə dair əldə olunmuş razılığı alqışlayıb.
Bizim.Media xəbər verir ki, Borrell bu barədə özünün “X” hesabında paylaşım edib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı birgə açıqlama YAYIB
“Aİ Ermənistan və Azərbaycanın saxlanılanların qarşılıqlı azadlığa buraxılması və digər etimad tədbirlərinin elan edilməsi ilə bağlı birgə açıqlamasını alqışlayır – bu, mühüm siyasi addımdır. Regionda sülh üçün tarixi şansın olması barədə həmfikirik və bu səyləri dəstəkləməkdə qərarlıyıq”, – deyə Borrell qeyd edib.
Bizim.Media