Yaponiya səfirinin Azərbaycandakı diplomatik fəaliyyəti başa çatıb - FOTO

Yaponiya səfirinin Azərbaycandakı diplomatik fəaliyyəti başa çatıb - FOTO

Hazırda oxunan: Yaponiya səfirinin Azərbaycandakı diplomatik fəaliyyəti başa çatıb - FOTO

167945

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cuniçi Vadanı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Bu barədə Bizim.Media-ya Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Görüşdə Azərbaycan və Yaponiya arasında ikitərəfli münasibətlərin daha da inkişafı üçün böyük potensialın mövcud olduğu qeyd edilib.

Xüsusilə iqtisadiyyat, energetika, mədəniyyət, turizm, kənd təsərrüfatı, yüksək texnologiyalar, təhsil və digər sahələrdə əməkdaşlığın inkişafının əhəmiyyəti vurğulanıb. İki ölkə arasında siyasi dialoqun və yüksək səviyyəli səfərlərin vacib olduğu bildirilib.

Nazir bölgənin təhlükəsizliyinə ən böyük hədə olan münaqişənin həlli və ölkəmizin suverenliyinin bərpası ilə bağlı Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan mövqeyini bir daha qarşı tərəfin diqqətinə çatdırıb. Bu dönəmdə ölkəmizdə fəaliyyət göstərən səfirin bu tarixi proseslərin şahidi olduğu xatırlanıb. Post-münaqişə dövründə ölkəmiz tərəfindən aparılan bərpa-quruculuq işlərində, eləcə də yaşıl enerji zonalarının yaradılması və Azad İqtisadi Zonalar çərçivəsində ölkəmizin Yaponiya tərəfi ilə əməkdaşlığı üçün böyük imkanların mövcud olduğu diqqətə çatdırılıb.

Azərbaycan-Yaponiya münasibətlərinin inkişafına verdiyi töhfəyə görə səfirə minnətdarlıq bildirilib, ona gələcək fəaliyyətində uğurlar arzulanıb.

Cuniçi Vada səmimi qəbula görə təşəkkürünü bildirib, fəaliyyəti dövründə Azərbaycanın dövlət və hökumət qurum və təşkilatlarından aldığı dəstək üçün minnətdarlıq ifadə edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.




Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO