Azərbaycanda gələn il iki seçki KEÇİRİLƏCƏK 

Azərbaycanda gələn il iki seçki KEÇİRİLƏCƏK 

Hazırda oxunan: Azərbaycanda gələn il iki seçki KEÇİRİLƏCƏK 

167898

Azərbaycanda 2024-cü ildə iki seçki keçiriləcək. 

Bizim.Media xəbər verir ki, gələn il fevralın 7-də növbədənkənar Prezident seçkiləri elan olunub. 

Bununla bağlı dövlət başçısı İlham Əliyev dekabrın 7-də Sərəncam imzalayıb. 

Həmin ilin dekabrında isə ölkədə Bələdiyyə seçkilərinin keçirilməsi gözlənilir. 
Seçki Məcəlləsinin 213-cü maddəsinə (Bələdiyyə seçkilərinin təyin edilməsi) əsasən, bələdiyyə seçkilərini Seçki Məcəlləsinin 211.1-ci və 211.2-ci maddələrinə uyğun olaraq Mərkəzi Seçki Komissiyası təyin edir. Bələdiyyə seçkilərinin təyin edilməsi barədə qərar onun qəbul edildiyi gündən ən geci 2 gün ərzində kütləvi informasiya vasitələrində rəsmi dərc edilməlidir. 

Xatırladaq ki, Azərbaycanda bələdiyyələrin səlahiyyət müddəti 5 ildir. Sonuncu bələdiyyə seçkiləri isə 2019-cu il dekabrın 23-də keçirilib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO