Paşinyan bu dəfə zəng etmədi, məktub yazdı

Paşinyan bu dəfə zəng etmədi, məktub yazdı

Hazırda oxunan: Paşinyan bu dəfə zəng etmədi, məktub yazdı

1678

Ermənistan baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinə məktub yazıb.

Bizim.Media "Tass"-a istinadən xəbər verir ki, Paşinyan məktubda Rusiyadan 1997-ci ildə iki ölkə arasında imzalanmış “Dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında” müqaviləyə əsaslanaraq yardım istəyib.

Paşinyan Ermənistanın təhlükəsizliyinin təmin olunması üçün Rusiya tərəfinin göstərə biləcəyi yardımla bağlı məsləhətləşmələrə başlamağı Putindən xahiş edib.

Xatırladaq ki, Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları fonunda Paşinyan Rusiya liderinə dəfələrlə zəng edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO