Rusiya sülh sazişi ilə bağlı Ermənistan və Azərbaycana Moskvada və üçüncü ölkələrin ərazisində keçirilən çoxtərəfli tədbirlər çərçivəsində görüşmək üçün təkliflər göndərib.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, Azərbaycan Rusiyanın təklifinə müsbət cavab verib:
“Bakı bizə hər zaman danışıqların keçirilməsinə hazır olduğunu təsdiqləyib. Təəssüflər olsun ki, erməni tərəfdaşlarımızla bağlı bunları deyə bilmərik. Mümkündür ki, onlar hesab edirlər ki, Vaşinqtondan, Brüsseldən və Parisdən olan yeni “məsləhətçi”lərin daha maraqlı, daha yaxşı, daha səmərəli təkliflər verə bilərlər. Bilmirəm, düşünürəm ki, hər zaman əvvəlki təcrübəyə, qonşuların təcrübəsinə baxmaq lazımdır. Bu, hər zaman faydalıdır. Avropa İttifaqının müşahidəçilərinin, Praqa və Brüsseldə olanların nəyə gətirib çıxardığını biz hamımız gördük. Ola bilsin ki, erməni xalqı hər şeydən xəbərdar deyil. Ona görə ki, erməni xalqını hər şey barədə məlumatlandırmırlar”.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
15:55 / 06.12.2023
Azərbaycan Moskvada görüşə razılığını verib, Ermənistan yox - Rusiya XİN
Hazırda oxunan: Azərbaycan Moskvada görüşə razılığını verib, Ermənistan yox - Rusiya XİN
Hazırda oxunan: Azərbaycan Moskvada görüşə razılığını verib, Ermənistan yox - Rusiya XİN
167754
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.