ABŞ Azərbaycanla münasibətlərdə geri addım atır? – ŞƏRH  

ABŞ Azərbaycanla münasibətlərdə geri addım atır? – ŞƏRH  

Hazırda oxunan: ABŞ Azərbaycanla münasibətlərdə geri addım atır? – ŞƏRH  

167738

“Azərbaycanla əməkdaşlığa xitam vermək ABŞ-nin maraqlarına zidd olardı”. Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.

“Biz heç vaxt deməmişik ki, Azərbaycanla əməkdaşlığı davam etdirmək fikrində deyilik. Bu, bizim maraqlarımıza, eləcə də regionda sülh və təhlükəsizlik maraqlarına ziddir“, - deyə o bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanla əməkdaşlığa xitam verilməsi ABŞ-ın maraqlarına ziddir - Dövlət Departamenti


Qeyd edək ki, bir neçə həftədir Azərbaycan-ABŞ münasibətlərində gərginlik höküm sürür. ABŞ tərəfindən ölkəmizə qarşı qərəzli addımların atılması Bakı və Vaşinqton arasında münasibətlərin pozulmasına səbəb olub. 

Lakin gərginlik fonunda ABŞ rəsmisinin bu fikirləri müəyyən məqamlardan xəbər verir. 

Maraqlıdır, ABŞ Azərbaycana qarşı geri addım atır?

Politoloq Qabil Hüseynli mövzu ilə bağlı Bizim.Media-ya danışıb. O bildirib ki, ABŞ birinci növbədə özünün strateji maraqlarını üstün tutur: 

“ABŞ-ın çox böyük strateqlər ordusu var. ABŞ Konqresi impulsiv qərarlar verməkdə ad çıxarıb. Onların çoxu lobbiçilərin təsiri altında  fəaliyyət göstərir və bir çox mənbədən qonorar alırlar. Buna görə də konqresmenlər çıxış edərkən ABŞ-ın yox, öz maraqlarını gündəmə gətirirlər. Dövlət katiblərinin özlərinin də konqresmenlərin yaratdığı ab-havaya, auraya uyğun olaraq çıxışlar etməsi sözün əsl mənasında biabırçılıq idi. 

Konqresmenlər Baydendən Azərbaycana qarşı sanksiyalar və embarqo qoyulmasını tələb etmişdilər. Sonradan təhlil edib gördülər ki, bu, daha çox ABŞ-nin özünə, strateji maraqlarına və Avropadakı müttəfiqlərinə böyük ziyan vurur. 
Azərbaycan 10-a qədər Avropa ölkələri ilə qaz müqaviləsi bağlayıb. Gələn ilin əvvəllərindən özünün 20 milyard kub metrlik qaz satışı ilə Avropa bazarında tələbatın 10 faizini ödməyə müvəffəq olacaq. Hələ neftlə bağlı məsələyə toxunmuram. Azərbaycan həm də NATO üzvü olan Türkiyənin strateji müttəfiqidir. ABŞ bu amilləri nəzərə alıb, anladı ki, qızışdırıcı fikirlərə diqqət etmək lazım deyil”.  

Məhərrəm Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO