Fransadan növbəti BİABIRÇILIQ – Azərbaycanlı jurnalistə qarşı təxribatın PƏRDƏARXASI

Fransadan növbəti BİABIRÇILIQ – Azərbaycanlı jurnalistə qarşı təxribatın PƏRDƏARXASI

Hazırda oxunan: Fransadan növbəti BİABIRÇILIQ – Azərbaycanlı jurnalistə qarşı təxribatın PƏRDƏARXASI

167719

“Azərtac”ın Yeni Kaledoniyaya ezam olunmuş əməkdaşı Aygün Həsənovanın vizası olduğu halda həmin ölkəyə girişinə qadağa qoyulub. Bu azmış kimi, jurnalist bir sutka polis bölməsində saxlanılaraq, “arzuolunmaz şəxs” kimi ölkədən çıxarılıb. Bu barədə Medianın İnkişafı Agentliyinin bəyanatında bildirilib.

Yeni Kaledoniya xalqının zülmdən qurtulmaq, azadlığına qovuşmaq uğrundakı mübarizəsini işıqlandırmaq üçün ora səfər etmiş AZƏRTAC-ın əməkdaşı özünün peşə borcunu yerinə yetirmək istəyirdi. Ona qarşı aşkar qanunsuzluq bütövlükdə dünyanın media ictimaiyyətini düşündürməlidir.
 

MÖVZU İLƏ BAĞLI:

Fransa Ermənistana “süni nəfəs” VERİR – “Ukrayna və Yaxın Şərqdən sonra növbə QAFQAZDADIR”


Təbii ki, bu addımın arxasında Fransa hakimiyyətinin dayandığı şübhəsizdir. Çünki Azərbaycanın Fransa neokolonializminə qarşı mübarizədəki rolu rəsmi Parisi olduqca narahat edir. Digər tərəfdən, Fransa yaxşı başa düşür ki, müstəmləkələrin itirilməsi bu ölkənin iqtisadiyyatının çökməsinə səbəb ola bilər. 

Daim ədalətdən, söz azadlığından danışan Fransa yenə əsl simasını ortaya qoydu?

Politoloq İlqar Vəlizadə mövzu ilə bağlı Bizim.Media-ya danışıb.

O qeyd edib ki, Fransanın subyektiv və qərəzli yanaşması, Azərbaycan jurnalistlərinin regiona buraxılmaması növbəti dəfə sözügedən ölkənin gerçək simasını ortaya çıxardı: 

“Aygün xanımı şəxsən tanıyıram. Çox peşəkar, təcrübəli və istedadlı jurnalistdir. Professionallıq baxımından ezamiyyətlə bağlı bütün lazımi tədbirlər görülüb. Burada hansısa şərtlərin pozulmasından, sənədlərin çatışmazlığından söhbət gedə bilməz. 

Fransa hökuməti regionda gedən mürəkkəb proseslərlə bağlı məlumatların dünyaya yayılmasını istəmir. Yeni Kaledoniyadakı hadisələrlə bağlı dünyada az məlumat var. Bu hadisələr müxtəlif aparıcı media qurumları tərəfindən çox az işıqlandırılır”. 

“Yeni Kaledoniyada yerli əhalinin hüquqları pozulur”

Politoloq qeyd edib ki, Azərbaycan jurnalistlərinin bölgədə fəaliyyəti və dünya ictimaiyyətinə dolğun informasiyanı yayması Fransanı narahat edir:

“Biz bilirik ki, Yeni Kaledoniyada yerli əhalinin hüquqları pozulur. Kaledoniyanın rəsmi təmsilçiləri Azərbaycandakı müxtəlif tədbirlərdə iştirak edəndə bu məsələləri dilə gətirirdilər. 

Söz azadlığı ilə bağlı fəaliyyət göstərən müxtəlif beynəlxalq təşkilatlar hara baxır? Məncə, cavab hər birimizə aydındır. Qarabağ müharibəsində hara baxırdılarsa, indi də ora baxırlar”. 

Məhərrəm Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO