"Özbəkistan birinci ölkə idi ki, (İkinci Qarabağ müharibəsindən sonra – red.) bizə öz qardaş dəstəyini göstərdi".
Bizim.Media xəbər verir ki, bunu Prezident İlham Əliyev dekabrın 6-da ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda bildirib.
MÖVZU İLƏ BAĞLI:
İlham Əliyev ADA Universitetində Qarabağla bağlı Forumda iştirak edir - CANLI
“Qardaşım Prezident Mirziyoyevlə birgə biz özbək xalqının oğullarından birinin, Mirzə Uluqbəyin adını daşıyan məktəbin açılışında olduq. Bu, əslində, bizim qardaş münasibətlərimizə də böyük bir töhfə idi”, - deyən dövlətimizin başçısı Füzulidə yaşayacaq azərbaycanlıların bunu heç zaman yaddan çıxarmayacaqlarını vurğulayıb.
Bizim.Media