Azərbaycanla İran arasında regional məsələlər müzakirə olunub - VİDEO

Azərbaycanla İran arasında regional məsələlər müzakirə olunub - VİDEO

Hazırda oxunan: Azərbaycanla İran arasında regional məsələlər müzakirə olunub - VİDEO

167613

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Xəzəryanı ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirakı çərçivəsində İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahian ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, görüş zamanı iki ölkə arasında ikitərəfli və regional məsələlər, habelə bölgədə mövcud vəziyyət müzakirə olunub.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan və İran XİN başçıları arasında ikitərəfli görüş keçirilir - VİDEO


Son aylarda yüksək səviyyədə keçirilmiş görüşlərin və qurumlararası təmasların münasibətlərin inkişafı istiqamətinə verdiyi töhfə yüksək qiymətləndirilib.

Tərəflər bölgədə nəqliyyat və kommunikasiya dəhlizlərinin inkişafı və genişləndirilməsi istiqamətində planları müzakirə ediblər.

Bu xüsusda, “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu” çərçivəsində işlərin sürətləndirilməsinin əhəmiyyəti qeyd olunub.

Nazir Ceyhun Bayramov Azərbaycan və Ermənistan arasında sülh prosesinin perspektivləri, Ermənistan tərəfindən törədilən maneçilik, habelə Qarabağ bölgəsində antiterror tədbirlərindən sonra bölgədə həyata keçirilən işlər barədə qarşı tərəfə məlumat verib.

Bölgədə Ermənistanın silahlandırılması səylərinin sülh və sabitliyə təhdid olduğu nazir Ceyhun Bayramov tərəfindən vurğulanıb.

Görüşdə həmçinin iki ölkə arasında mövcud əməkdaşlıq gündəliyində duran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO