Azərbaycan və Misir müdafiə nazirləri hərbi əməkdaşlığı müzakirə ediblər – FOTO  

Azərbaycan və Misir müdafiə nazirləri hərbi əməkdaşlığı müzakirə ediblər – FOTO  

Hazırda oxunan: Azərbaycan və Misir müdafiə nazirləri hərbi əməkdaşlığı müzakirə ediblər – FOTO  

167563

"EDEX 2023" beynəlxalq müdafiə sərgisində iştirak etmək üçün Misirdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun bu ölkəyə səfəri davam edir. 

Bu barədə Bizim.Media-ya Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. 

Səfər çərçivəsində general-polkovnik Z.Həsənov Misir Ərəb Respublikasının müdafiə naziri general-polkovnik Mohamed Ahmed Zaki ilə görüşüb. 

Azərbaycanın Misirdəki Fövqəladə və Səlahiyyətli səfiri Elxan Poluxovun da iştirak etdiyi görüşdə ölkələr arasında hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib. 






Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO