Moskvada Xəzəryanı ölkələrin XİN başçılarının geniş tərkibdə görüşü KEÇİRİLİR 

Hazırda oxunan: Moskvada Xəzəryanı ölkələrin XİN başçılarının geniş tərkibdə görüşü KEÇİRİLİR 

167526

Moskvada Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin geniş tərkibdə görüşü keçirilir. 

Bizim.Media xəbər verir ki, görüşdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iştirak edir. 

Nazirlər əvvəlcə məhdud tərkibdə görüşüblər. Daha sonra isə nümayəndə heyətlətinin iştirakı ilə geniş tərkibli görüş olub. 

Qeyd edək ki, Rusiyanın XİN başçısı Sergey Lavrovun sədrliyi keçirilən Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin görüşündə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Qazaxıstanın xarici işlər naziri Murat Nurtleu, Türkmənistanın XİN başçısı Rəşid Meredov iştirak edirlər. 
Tərəflər Xəzəryanı əməkdaşlığın inkişafına yönəlmiş qarşılıqlı maraq doğuran məsələləri müzakirə edəcəklər. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO