Azərbaycanlıların dədə-baba torpaqlarına qayıtması təmin edilməlidir - Türkiyəli deputat

Hazırda oxunan: Azərbaycanlıların dədə-baba torpaqlarına qayıtması təmin edilməlidir - Türkiyəli deputat

167480

“Tarix boyu minlərlə azərbaycanlı Ermənistan ərazisindən qovulub”.

Bizim.Media xəbər verir ki, bunu Türkiyə Böyük Millər Məclisinin üzvü, AK Parti sədrinin müavini Zafer Sarıkaya Bakıda keçirilən "Ermənistandan didərgin salınmış Azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıdışını təmin etmək: Qlobal kontekst və ədalətli həll" mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda Qərbi Azərbaycana qayıdışla bağlı beynəlxalq konfrans KEÇİRİLİR 


"Ermənilər mədəni abidələri, mədəni-tarixi irsi, ibadət yerlərini dağıdıblar. Bütün bunlar elə bir səviyyədə olub ki, müasir Ermənistanda azərbaycanlıların mövcud olmasından danışa blmirik", - o əlavə edib.

Zafer Sarıkaya beynəlxalq ictimaiyyəti birgə işləməyə çağırıb: "Azərbaycanlıların dədə-baba torpaqlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıtması təmin edilməlidir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO