ABŞ dövlət katibinin köməkçisi Azərbaycana gələcək

ABŞ dövlət katibinin köməkçisi Azərbaycana gələcək

Hazırda oxunan: ABŞ dövlət katibinin köməkçisi Azərbaycana gələcək

167463

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayn dekabrın 6-dan 8-dək Azərbaycanda səfərdə olacaq.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

O`Brayn Bakıda “Azərbaycan və Ermənistan arasında ikitərəfli münasibətləri möhkəmləndirmək və sülhü dəstəkləmək məqsədi ilə Azərbaycan rəsmiləri ilə görüşəcək”.

Xatırladaq ki, noyabrın 27-də ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edərkən ABŞ-Azərbaycan münasibətlərinin normallaşdırılması məqsədilə dekabrda köməkçisi Ceyms O’Braynın Azərbaycana səfərinə icazə verilməsini xahiş etmişdi. Prezident İlham Əliyev həmin təkliflə bir şərtlə razılaşmışdı ki, bu səfərdən sonra Azərbaycanın yüksək səviyyəli rəsmilərinin ABŞ-a səfərlərinə qoyulan əsassız qadağa aradan qaldırılsın. Dövlət katibi bu şərti qəbul etmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO