Pərviz Şahbazov Dubayda bir sıra görüşlər keçirib - FOTO

Pərviz Şahbazov Dubayda bir sıra görüşlər keçirib - FOTO

Hazırda oxunan: Pərviz Şahbazov Dubayda bir sıra görüşlər keçirib - FOTO

167455

Energetika naziri Pərviz Şahbazov Dubayda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası - COP28 çərçivəsində bir sıra görüşlər keçirib.

Bizim.Media xəbər verir ki, “Masdar”ın icraçı direktoru Məhəmməd Cəmil Əl Rəmahi ilə görüşdə Azərbaycanın “yaşıl enerji”nin inkişafı və karbon emissiyalarının azaldılması hədəflərinin yerinə yetirilməsində BƏƏ-nin “Masdar” şirkəti ilə 10 QVt-lıq bərpa olunan enerji layihələri üzrə əməkdaşlığın xüsusi əhəmiyyət daşıdığı vurğulanıb. 

Söhbət zamanı şirkətlə ilkin mərhələdə quruda və dənizdə 4 QVt “yaşıl enerji” layihələrinin icrası, bu çərçivədə ümumi gücü 1 QVt olan günəş və külək elektrik stansiyaları üzrə oktyabrda imzalanmış İnvestisiya müqavilələrindən irəli gələn məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 
Bildirilib ki, hazırda quruda və dənizdə bərpa olunan enerji mənbələrinin sahələrinin müəyyən edilməsi və müvafiq qurumlarla razılaşdırılması prosesi həyata keçirilir. “Yaşıl hidrogen” və “yaşıl ammonyak”la bağlı bazar araşdırmaları isə davam edir.

Nazir Pərviz Şahbazov Pakistanın Keçid Hökumətinin energetika və neft naziri Məhəmməd Əli ilə də görüşüb. Görüşdə bu ilin iyul ayında Pakistana uzunmüddətli LNG təchizatı üzrə imzalanmış müqavilənin icrası, neft məhsullarının tədarükü və ikitərəfli enerji əməkdaşlığının digər mühüm istiqamətləri barədə müzakirələr aparılıb. Ölkələrimiz arasında qardaşlıq və dostluq münasibətlərinin geniş spektrli əməkdaşlığa imkan yaratdığı qeyd olunub.

Rumıniya Parlamentinin ətraf mühit və ekoloji tarazlıq komissiyasının prezidenti Virgil-Daniel Popesku ilə görüşdə isə iki ölkə arasında enerji tərəfdaşlığının inkişafına dair fikir mübadiləsi aparılıb.

Tədbir çərçivəsində energetika naziri ilə “Vestas” şirkətinin vitse-prezidenti Morten Dyrholm arasında da görüş olub. Görüşdə Azərbaycanın yaşıl enerji kursu və külək turbinlərinin istehsalı üzrə əməkdaşlıq perspektivləri müzakirə obyekti olub.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO