Çinlə münasibətlərin inkişafının ölkəmiz üçün ƏHƏMİYYƏTİ – Elmar Məmmədyarovun ŞƏRHİ 

Çinlə münasibətlərin inkişafının ölkəmiz üçün ƏHƏMİYYƏTİ – Elmar Məmmədyarovun ŞƏRHİ 

Hazırda oxunan: Çinlə münasibətlərin inkişafının ölkəmiz üçün ƏHƏMİYYƏTİ – Elmar Məmmədyarovun ŞƏRHİ 

167392

Xəbər verdiyimiz kimi 2023-cü il oktyabrın 17-də Pekin şəhərində imzalanmış “Azərbaycan Respublikasının Energetika Nazirliyi və Çin Xalq Respublikasının Milli Enerji Administrasiyası arasında energetika sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” təsdiq edilib. Bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb.

Dünyanın ikinci ən böyük iqtisadiyyatına malik ölkəsi ilə münasibətlərin genişlənməsi sözün həqiqi mənasında Azərbaycan üçün önəmli hadisədir. Bu əməkdaşlığın siyasi əhəmiyyəti də böyükdür. Çünki Çin hazırda dünyanın ikinci supergücü, "yüksələn ulduz"u hesab olunur. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanla Çin arasında əməkdaşlığa dair Memorandum təsdiqləndi – FƏRMAN


Çinlə əlaqələrimizin tarixi kökləri

Məsələ ilə bağlı sabiq xarici işlər naziri Elmar Məmmədyarovun fikirlərini öyrəndik. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, dünyanın iqtisadi nəhəngi Çinlə əlaqələrin dərinləşməsi və güclənməsi təqdirəlayiq haldır:

“Azərbaycan dünyanın bütün ölkələri ilə o cümlədən, Çinlə bərabər səviyyəli münasibət qurmaq əzmindədir. Azərbaycan Prezidentinin son fərmanı da bu məqsədə xidmət edir. Nəzərə alaq ki, Çinlə Azərbaycanın tarixə söykənən sıx əməkdaşlıq əlaqələri var. Qədim İpək Yolunu yada salsaq, məncə, kifayətdir. 
Son vaxtlar iqtisadi-siyasi münasibətlərin dərinləşməsinə paralel mədəni əlaqələr də genişlənir. Məndə olan məlumata görə son vaxtlar ölkəmizə Çindən gələn turistlərin sayı kəskin artıb. Digər sahələrdə də əməkdaşlığımız genişlənir”. 

“Hindistan Ermənistana görə, Azərbaycanla münasibətləri korlamaq istəməz”

Elmar Məmmədyarov onu da əlavə etdi ki, Azərbaycan-Çin münasibətlərinin dərinləşməsinin Ermənistanın Hindistanla əlaqələrinin genişləndirməsinə heç bir aidiyyatı yoxdur:

“Unutmayaq ki, Hindistan Azərbaycandan böyük ölçüdə neft məhsulları alır. Digər sahədə də münasibətlər pis deyil. Baxmayaraq ki, Azərbaycan-Pakistan münasibətlərini Hindistan qısqanclıqla qarşılayır. Amma bunu önəmli faktor hesab etmirəm. Hindistan Ermənistana görə Azərbaycanla münasibətləri korlamaq istəməz”.

Surxay Atakişiyev, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO