BMT-nin forumunda Ermənistanın etnik təmizləmə siyasətindən danışılıb

BMT-nin forumunda Ermənistanın etnik təmizləmə siyasətindən danışılıb

Hazırda oxunan: BMT-nin forumunda Ermənistanın etnik təmizləmə siyasətindən danışılıb

167135

Qərbi Azərbaycan İcması 2023-cü il noyabrın 30-dan dekabrın 1-dək Cenevrədə keçirilmiş BMT-nin Azlıqların Məsələləri üzrə Forumunun XVI sessiyasında təmsil olunub.

İcmadan Bizim.Media-ya bildirilib ki, Qərbi Azərbaycan İcmasının Nəzarət-Təftiş Komissiyasının sədrinin müavini, Milli Məclisin deputatı Şahin İsmayılov tədbirdə iştirak və çıxış edib.

Qərbi Azərbaycan İcmasının nümayəndəsi Forumda etdiyi çıxışında Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində azərbaycanlıların bir milli qrup kimi Ermənistandan tamamilə qovulduğunu və bu ölkənin monoetnik məkana çevrildiyini qeyd edib.

Etnik və mədəni müxtəlifliyin qorunub saxlanmasının davamlı sülhün bərqərar olması və insan hüquqlarının aliliyi baxımından əhəmiyyətini qeyd edən Ş.İsmayılov Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıdışının təmin edilməsi məsələsinin BMT-nin insan haqları gündəliyində mühüm yer tutmalı olduğunu vurğulayıb.

İcmanın nümayəndəsi Forum çərçivəsində BMT üzv dövlətlərinin nümayəndələri, BMT-nin insan hüquqları təsisatlarının rəsmiləri və xüsusi məruzəçilərlə ikitərəfli görüşlər keçirərək Ermənistandan didərgin salınmış azərbaycanlıların problemləri, onların Ermənistanda qalmış mədəni irsinin dağıdılması, İcmanın beynəlxalq hüquq çərçivəsində qayıdış hüququ istiqamətində həyata keçirdiyi səylər barədə məlumat verib.
Qeyd edək ki, BMT-nin İnsan Hüquqları Şurasının 2007-ci ildə qəbul etdiyi qətnamə əsasında hər il keçirilən bu Forum milli, etnik, dini və linqvistik azlıqlara dair məsələlər üzrə dialoq və əməkdaşlığın təşviq olunması məqsədi daşıyır.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO