Ceyhun Bayramov Türkiyənin yeni səfirinə uğurlar arzuladı - FOTO

Ceyhun Bayramov Türkiyənin yeni səfirinə uğurlar arzuladı - FOTO

Hazırda oxunan: Ceyhun Bayramov Türkiyənin yeni səfirinə uğurlar arzuladı - FOTO

16713

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin ölkəmizə yeni təyin olunan səfiri Cahit Bağçıya fəaliyyətində müvəffəqiyyətlər arzulayıb.

Bizim.Media xəbər verir ki, bu barədə XİN rəhbəri “Tvitter” səhifəsində paylaşım edib.

“Qardaş Türkiyənin ölkəmizə yeni təyin olunmuş səfiri Cahit Bağçıya bir millət, iki dövlət Azərbaycan və Türkiyə arasındakı münasibətlərin daha da genişləndirilməsinə xidmət edəcək şərəfli və məsuliyyətli vəzifəsində müvəffəqiyyətlər arzu edirəm", - deyə nazir bildirib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cahit Bağçını Azərbaycana yeni səfir təyin edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO