Ceyhun Bayramov italiyalı səfirlə görüşdü – Massarinin diplomatik fəaliyyəti başa çatır

Ceyhun Bayramov italiyalı səfirlə görüşdü – Massarinin diplomatik fəaliyyəti başa çatır

Hazırda oxunan: Ceyhun Bayramov italiyalı səfirlə görüşdü – Massarinin diplomatik fəaliyyəti başa çatır

16695

Aprelin 3-də xarici işlər naziri Ceyhun Bayramov İtaliya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Auqusto Massari ilə diplomatik fəaliyyətinin başa çatması münasibətilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Bizim.Media-ya bildiriblər ki, görüşdə nazir Ceyhun Bayramov Azərbaycan ilə İtaliya arasında mövcud olan yüksək səviyyəli əməkdaşlıq münasibətlərini qeyd edərək, iki ölkə rəhbərləri səviyyəsində imzalanmış strateji tərəfdaşlıq haqqında birgə bəyannamələrin bunun bariz nümunəsi olduğunu vurğulayıb.

Səfir Auqusto Massari Azərbaycandakı diplomatik fəaliyyəti dövründə ona göstərilən diqqəti və həyata keçirilən əməkdaşlığı məmnunluqla qeyd edib.

İki ölkənin nümayiş etdirdiyi həmrəyliyin Azərbaycan ilə İtaliya arasında münasibətlərin yüksək səviyyədə inkişafına tam uyğun olduğunu bildirib.

Tərəflər ölkələrimiz arasında bütün istiqamətlər üzrə əməkdaşlıq münasibətlərinin genişləndirilməsi perspektivlərini vurğulayıb, bu xüsusda qarşılıqlı səfərlərin həyata keçirilməsinin əhəmiyyətini qeyd ediblər.

Nazir Ceyhun Bayramov səfirin ölkəmizdə diplomatik fəaliyyətini yüksək dəyərləndirərək, iki ölkə arasında münasibətlərin inkişafına verdiyi töhfəyə görə ona təşəkkürünü bildirib və gələcək fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO