30 noyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Şimali Makedoniyaya işgüzar səfəri çərçivəsində ATƏT-in Nazirlər Şurasının 30-cu iclasında iştirak və çıxış edib.
Bizim.Media xəbər verir ki, bu barədə XİN-dən bildirilib.
MÖVZU İLƏ BAĞLI:
Ceyhun Bayramov: “Ermənistanın qarayaxma kampaniyası sülhə xidmət etmir”
Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının 30-cu iclasında çıxış edib - FOTO
Bildrilib ki, Ceyhun Bayramov, çıxışında ikili standartlar problemi və selektiv yanaşmanın beynəlxalq münasibətlər sistemində mövcud təhdid və çağırışlara qarşı effektiv cavab tədbirləri görülməsinin qarşısında duran ən böyük maneələrdən biri olduğunu vurğulayıb.
Bu istiqamətdə, beynəlxalq hüquq normalarına, xüsusilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığına hörmətin müstəsna əhəmiyyət kəsb etdiyi qeyd olunub.
Post-münaqişə dövründə bölgədə mövcud vəziyyət barədə ətraflı məlumat verən nazir Ceyhun Bayramov, xüsusilə cari ilin 19-20 sentyabr tarixlərində Qarabağ bölgəsində görülən anti-terror tədbirləri nəticəsində ərazilərimizdə Ermənistan tərəfindən öhdəliklərinə və şifahi bəyanatlarına zidd şəkildə saxlanan qeyri-qanuni rejimin buraxıldığı və tərksilah edildiyini diqqətə çatdırıb.
Görülən anti-terror tədbirləri nəticəsində qondarma rejimin tərksilahından sonra nümayiş etdirilən ərazilərimizdəki hərbiləşmənin miqyasının, Azərbaycan tərəfindən bütün beynəlxalq platformalar çərçivəsində öz ərazilərində qeyri-qanuni hərbi mövcudluğun qəbuledilməzliyi məsələsinin davamlı şəkildə qaldırılmasına baxmayaraq, beynəlxalq ictimaiyyətin bu məsələyə etinasızlığı, habelə bundan cəsarətlənən Ermənistanın öz aqressiv fəaliyyətini davam etdirməsinin nəticəsi olduğu bildirilib.
ATƏT-in hələ keçmiş Ermənistan-Azərbaycan münaqişəsi dövründə həll prosesinin bir parçası olmaq şansının mövcudluğuna baxmayaraq, bu Təşkilatın öz mandatının effektiv icrasına nail ola bilməməsinin, habelə post-münaqişə dövründə də Təşkilat çərçivəsində bir sıra iştirakçı dövlətlərin Ermənistana havadarlığının ATƏT mexanizmlərinin hələ də “uyğun olduğu”na dair istinadların reallığı əks etdirmədiyini göstərdiyi bildirilib.
Azərbaycan tərəfindən görülən anti-terror tədbirlərinin iddia edilənlərin əksinə nümunəvi şəkildə aparıldığı, ölkəmizin yerli erməni sakinlərin reinteqrasiyası, onların humanitar və sosial-iqtisadi ehtiyaclarının ödənməsi üçün ardıcıl səylər göstərdiyi diqqətə çatdırılıb.
Bu istiqamətdə, BMT və onun ixtisaslaşmış qurumları habelə Beynəlxalq Qırmızı Xaç Komitəsinin bölgədəki müşahidələrinin də bölgədəki “gərgin humanitar vəziyyət” ilə bağlı iddiaların əsassızlığını sübuta yetirdiyi qeyd olunub.
Mövcud çətinliklərə və çağırışlara, Ermənistan tərəfindən prosesin yersiz ləngimələrə məruz qalmasına, həmçinin bir sıra dövlətlərin öz geosiyasi oyunlarını regiona proyeksiya etmək cəhdlərinə baxmayaraq, Azərbaycanın sülh gündəliyinin təşəbbüskarı kimi prosesin irəlilədilməsində qərarlı olduğu diqqətə çatdırılıb.
Bu istiqamətdə, Azərbaycanın Ermənistana dövlət sərhədində, yaxud qərəzsiz və ya neytral üçüncü bir ölkədə görüşməyi təklif etdiyi də qeyd olunub.
Çıxışın tam mətni ilə bu keçid vasitəsilə tanış olmaq mümkündür.
Bizim.Media