Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT Nazirlər Şurasının 30-cu iclası çərçivəsində NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina ilə görüşüb.
Bu barədə Bizim.Media-ya Xarici İşlər Nazirliyindən məlumat verilib.
Məlumata görə, görüşdə Azərbaycan və NATO arasında mövcud əməkdaşlıq gündəliyinin aktual məsələləri, regional və beynəlxalq məsələlər, həmçinin Azərbaycan-Ermənistan normallaşma prosesi və danışıqların perspektivləri müzakirə edilib.
Bundan əlavə, Azərbaycan tərəfindən regionda və onun hüdudlarından kənarda sülh və təhlükəsizliyə töhfə verən və tərəfdaş ölkə kimi Azərbaycanla NATO arasında müntəzəm siyasi dialoqun aparılması və praktiki əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyəti qeyd edilib.
C.Bayramov 24 saatdan az müddətdə Azərbaycan tərəfindən həyata keçirilmiş antiterror tədbirlərini şərtləndirən amillər, Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin irəli aparılması istiqamətində Azərbaycan tərəfindən atılan addımlar barədə qarşı tərəfi ətraflı məlumatlandırıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
18:09 / 30.11.2023
XİN başçısı NATO rəsmisi ilə Azərbaycan-Ermənistan normallaşma prosesini MÜZAKİRƏ EDİB
Hazırda oxunan: XİN başçısı NATO rəsmisi ilə Azərbaycan-Ermənistan normallaşma prosesini MÜZAKİRƏ EDİB
Hazırda oxunan: XİN başçısı NATO rəsmisi ilə Azərbaycan-Ermənistan normallaşma prosesini MÜZAKİRƏ EDİB
166894
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.