“Qızılcaya yoluxma artarsa, distant təhsilə keçilə bilər” – Emin Əmrullayev 

“Qızılcaya yoluxma artarsa, distant təhsilə keçilə bilər” – Emin Əmrullayev 

Hazırda oxunan: “Qızılcaya yoluxma artarsa, distant təhsilə keçilə bilər” – Emin Əmrullayev 

166882

"Məktəblərdə qızılcaya yoluxma ilə bağlı vəziyyət izlənilir.Əksər məktəblərdə qızılcaya yoluxmayla bağlı böyük rəqəmlərin olmasında ciddi iddialar var.

Bizim.Media xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev noyabrın 30-da keçirdiyi brifinqdə deyib.

Nazir vurğulayıb ki, qızılca ilə bağlı hansısa simptomlar varsa, bu halların təsdiqlənməsi üçün valideynlər yaxşı olar ki, tibb müəssisələrinə müraciət etsin. Çünki nə məktəb, nə nazirlik sipmtopların təsdiqləyən səlahiyyətlərə malik deyil:

“Biz Səhiyyə Nazirliyi ilə sıx təmasda işləyirik və çalışırıq ki, doğru-dürüst məlumatlar olsun. Aşağı yaşlarda peyvəndlənmə sürətlənmlidir və bu, olduqca vacibdir. Yuxarı yaşlarda artıq peyvəndlənmə gecdir. Peyvəndlənmək olduqca vacibdir.
Valideynlər yoluxucu xəstəliklərlə bağlı övladlarını vaksinasiyaya cəlb etməlidir. Bu həm də valideynin məsuliyyətidir. İndiki hal üçün deyə bilərəm ki, qapanmaya getməyə ehtiyac yoxdur. Ciddi təhlükə yaranarsa, distant təhsilə keçirilməsi ilə bağlı məsləhətləşmələr olacaq”.

Nuranə Daxilqızı, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO