Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə ölkənin Milli Təhlükəsizlik Şurasının iclası baş tutub.
Bizim.Media Türkiyə KİV-ə istinadən xəbər verir ki, Ərdoğanın Beştəpədəki iqamətgahında keçirilən görüş 2,5 saat davam edib.
Görüşdə Qəzzadakı vəziyyət, Türkiyənin bölgədə sülhü təmin etmək üçün göstərdiyi səylər müzakirə edilib.
Fələstinə humanitar yardımın fasiləsiz çatdırılması ilə bağlı məsələlərə baxılıb. İclasda Qafqazda baş verən hadisələr də müzakirə edilib və Azərbaycan və Türkiyəni birləşdirməsi gözlənilən Zəngəzur dəhlizi ilə bağlı son vəziyyət dəyərləndirilib.
Həmçinin Azərbaycan-Ermənistan danışıqlarının daimi sülh sazişi ilə nəticələnməsi və Ermənistanla münasibətlərimizin normallaşması ilə bağlı məsələlərlə yanaşı, qeyri-regional aktorların məsələyə müdaxilə etmək cəhdləri də dəyərləndirilib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
22:46 / 29.11.2023
Türkiyədə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması müzakirə olunub
Hazırda oxunan: Türkiyədə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması müzakirə olunub
Hazırda oxunan: Türkiyədə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması müzakirə olunub
166748
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.