ABŞ Azərbaycanın tələbi qarşısında niyə geri addım ATDI? – Elmar Məmmədyarovun ŞƏRHİ 

Hazırda oxunan: ABŞ Azərbaycanın tələbi qarşısında niyə geri addım ATDI? – Elmar Məmmədyarovun ŞƏRHİ 

166689

ABŞ Dövlət katibinin köməkçisi Ceyms Obraynın Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Avropa üzrə alt komitəsində sərsəmləmələrindən heç iki həftə keçməmiş Ağ Ev yeni təşəbbüslə çıxış etdi.  Beləki, noyabrın 27-də ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng etdi.

Telefon söhbəti zamanı Dövlət katibi Blinken münasibətlərin normallaşdırılması məqsədilə dekabrda ABŞ Dövlət katibinin köməkçisi Ceyms Obraynın Azərbaycana səfərinə icazə verilməsini xahiş edib.

Təbii ki, bu telefon danışığı Azərbaycanın növbəti siyasi uğurudur. Çünki Konqresdə səslənən fikirlər və Azərbaycana hərbi yardımın dayandırılması haqqında qərar bəzilərində belə bir fikir formalaşdırmışdı ki, ABŞ Azərbaycana qarşı siyasətini dəyişir. Lakin sonrakı proseslər və Antoni Blinkenin telefon zəngi onu göstərdi ki, Azərbaycan ABŞ üçün əvəzolunmaz tərəfdaşdır.

Ölkəmizlə münasibətləri pozmaq Ağ Evin özünə zərər verə bilər

Məsələylə bağlı Bizim.Media-ya danışan sabiq xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, bu Azərbaycan diplomatiyasının növbəti uğurudur:

“Cənab Prezident İlham Əliyev çox böyük siyasi ustalıq göstərdi. Nəticədə ABŞ geri çəkildi. Bildiyiniz kimi, noyabrın 15-də ABŞ Dövlət katibinin köməkçisi Ceyms Obraynın Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Avropa üzrə alt komitəsinin dinləmələrində bildirmişdi ki, ABŞ birtərəfli qaydada Amerikanın yüksək səviyyəli rəsmilərinin Azərbaycana səfərini dayandırır.

İndi isə Blinken Azərbaycan Prezidentindən xahiş edir ki, Obraynın Bakıya səfərinə icazə versin. 

Üstəlik, Dövlət katibi hər iki ölkənin yüksək səviyyəli rəsmilərinin görüşünü vacib sayır. Bu da o deməkdir ki, ABŞ Azərbaycan qarşısında geri çəkilir”. 

Elmar Məmmədyarov onu da qeyd edib ki, ABŞ doğrudan da Cənubi Qafqazda sülh və regionda təmsil olunmaq istəyirsə onda Azərbaycanla münasibətlər ən üst səviyyədə olmalıdır:

“Azərbaycanın iştirakı olmadan Cənubi Qafqazda heç bir layihə reallaşdırıla bilməz. Ona görə də Ağ Ev Azərbaycanla münasibətləri korlamaq istəmir. Və qarşılıqlı səfərlər davamlı olmasında marağını ifadə edir”.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO