USAİD Azərbaycanın dövlət orqanlarına necə soxulur? — TƏHLİL 

USAİD Azərbaycanın dövlət orqanlarına necə soxulur? — TƏHLİL 

Hazırda oxunan: USAİD Azərbaycanın dövlət orqanlarına necə soxulur? — TƏHLİL 

166663

Əsas fəaliyyəti Azərbaycanda agentura şəbəkəsini formalaşdırmaq və onları maliyyələşdirmək olan USAİD (ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi) bunu müxtəlif yollarla edir. İndiyə qədər USAİD-in qeyri-qanini fəaliyyəti dəfələrlə ifşa edilib.

Vaxtilə nəticəsi əvvəldən bəlli olan qrant layihələri ilə özlərinə bağlı təşkilatlara maliyyə ötürürdülər. Bu, ifşa ediləndən sonra USAİD-ə bağlı şəbəkələr verilən maliyyəni qonşu Gürcüstanda nəqdləşdirərək, ölkəyə daxil etməyə çalışdılar.

Bu da ifşa edildikdən sonra USAİD QHT və “media orqanları” üzərindən maliyyə göndərməyə başladı. Bu qanunsuz fəaliyyətlər hər dəfə ortaya çıxsa da, USAİD öz agentura şəbəkəsini pulsuz qoymamaq üçün min cür hiyləyə əl atır. Bu hiyələlərdən biri də Ümumdünya Səhiyyə Təşkilatı adı altında gizlənmək və agentura şəbəkəsini bu yolla “yemləmək”dir.  

Bizim.Media “demokrat.az”a istinadən xəbər verir ki,  görünür, Ümumdünya Səhiyyə Təşkilatının Bakı ofisi Azərbaycanın müstəqil unitar dövlət olduğunu unudub və öz ağlına görə ölkədə kiminlə gəldi layihə həyata keçirməkdə azad olduğunu zənn edir.

ÜST-ün Bakı ofisi yəqin hesab edir ki, dövlət orqanları ilə ayrı-ayrılıqda layihələr həyata keçirə bilər və bununla bağlı ümumi razılıq almağa ehtiyac yoxdur.

Əslində isə ÜST-ün statusu nəzərə alınaraq baş verənlərin diplomatik qalmaqal olduğunu da əminliklə demək olar. Çünki ÜST-ün Bakı ofisi razılaşdırmadan TƏBİB, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta, Qida Təhlükəsizliyi Agentliyi və digər aidiyyəti qurumlarla birbaşa layihələr həyata keçirir.  

Araşdırmalar da onu göstərir ki, bu layihələrin əsas maliyyə mənbəyi ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi, USAİD təşkilatıdır. 


USAİD-in necə bir qurum olduğunu və fəaliyyətinin əsl məqsədlərinin nə olduğunu deməyə xüsusi ehtiyac yoxdur. Bu qurum dünyanın dörd bir tərəfində, müxtəlif ölkələrdə ABŞ-ın təsir və təzyiq şəbəkəsini formalaşdırır və Amerikanın maraqlarına uyğun inqilablar, hakimiyyət çevrilişlərinin gerçəkləşdirilməsi üçün zəmin mexanizmləri formalaşdırır.

Azərbaycanda xarici fondların, donor təşkilatların yerli təsisatları, o cümlədən də QHT-ləri birbaşa maliyyələşdirməsi mümkün deyil, buna mövcud qanunvericilik imkan vermir. Buna görə də USAİD kimi təşkilatlar qarşısına qoyulmuş vəzifələri yerinə yetirmək üçün digər yollardan istifadə etməyə çalşırlar.  
Məsələn, xarici ölkədə vəsaitin nəqdləşdirilməsi və təyinat ölkəsində lazımi ünvana çatdırılması, Qərb olkələrinin səfirlikləri vasitəsilə “xidməti müqavilə” əsasında maliyyə ötürülməsi, dövlət orqanları ilə əməkdaşlıq adı altında müxtəlif layihələrə ayrılmış vəsaitlərin bir qisminin başqa məqsədlərə yönəldilməsi, müxtəlif beynəlxalq təşkilatların dövlət orqanları ilə layihələrinin maliyyələşdirilməsi və ayrılan vəsaitlərin bir qisminin digər məqsədlərə yönəldilməsi və s. Göründüyü kimi, yollar çoxdur.  

ÜST-ün Bakı ofisinə gəldikdə, müəyyən olunub ki, bu qurumun Azərbaycanın dövlət strukturları ilə həyata keçirdiyi layihələrin əsas maliyyə təminatçısı USAİD-dir. Deməli, USAİD UST-ün Bakı ofisi vasitəsilə müxtəlif dövlət orqanlarına soxulur və bu yolla vəsaitləri leqallaşdırıb ABŞ-ın Azərbaycandakı şəbəkəsini maliyyələşdirir. 


Əslində, ÜST-ün Bakı ofisinin Azərbaycanda həyata keçirdiyi layihələrin səmərəliliyi də sual yaradır.

Məsələn, COVİD dövründə bu təşkilatdan sırf Azərbaycanla bağlı hər hansısa işə yarayan bir məsləhət görmədik. Yeri gələndə Azərbaycan özü ÜST-ə məsləhətlər verib və pandemiya ilə həm ölkə, həm də dünya səviyyəsində mübarizədə ÜST olmadan kifayət qədər iş görüb. Belə olduqda bu təşkilata və onun şübhəli layihələrinə nə ehtiyac var?  

Məlumdur ki, hər yerdə olduğu kimi, Azərbaycanın dövlət orqanlarında da ÜST-ün Bakı ofisi kimi yüksək maliyyə tutumu olan xarici və beynəlxalq təşkilatlarla birgə layihələrin gerçəkləşdirilməsində, qrantların alınmasında maraqlı olan məmurlar var.

Hətta, onu da demək olar ki, bəzi qurumlar xaricdən gələn qrantların, layihələrin icrasını fəaliyyətlərinin əsas istiqamətlərindən birinə çeviriblər. Burada da maraq aydındır, nə qədər çox qrant, layihə varsa, o qədər də pul-para çırpışdırmaq imkanları genişlənir.

Amma hazırkı reallıq da ondan ibarətdir ki, xaricdən müxtəlif təyinatlı maliyyə axınına nəzarət gücləndiyi kimi, daxildə  də “qrantoyedlər”ə diqqət artır və çox keçməz ki, onlar da müəyyən yerdə müəyyən suallara cavab verməyə başlayacaqlar.  
Hələlik isə ÜST-ün Bakı ofisinin nümayındələrinin Azərbaycanın Xarici İşlər Nazirliyinə çağrılaraq nəyin harda olması barədə xəbərdarlıq edilməsi pis variant olmaz. Ən azından başa düşərlər ki, bura bəzi başqa ölkələrdə gördükləri kimi cəngəllik deyil, nizam-intizam, hüquq qayda-qanunları olan bir dövlətdir və burada işləmək istəyən hər bir xarici təsisat həm beynəlxalq, həm də yerli qanunları rəhbər tutmalıdır! 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO