"Alen Simonyan Azərbaycanla diplomatik münasibətlər qurmaq barədə düşünməlidir" - Natali Aleksanyan 

Hazırda oxunan: "Alen Simonyan Azərbaycanla diplomatik münasibətlər qurmaq barədə düşünməlidir" - Natali Aleksanyan 

166614

"Ermənistan parlamentinin sədri Alen Simonyan ermənilərlə azərbaycanlılar arasında sülhün bərqərar olmasını mümkün sayır. Bu da ermənilərin Azərbaycandakı tərk edilmiş evlərinə, azərbaycanlıların isə Ermənistana qayıtmasına şərait yaradacaq".

Bizim.Media xəbər verir ki, bunu erməni bloger Natali Aleksanyan özünün Facebook səhifəsində yazıb.

"Mən şadam ki, hakimiyyətin sülh haqqında düzgün təsəvvürü var. Mən cənab Simonyanın sözlərini alqışlayıram və deyirəm ki, bəli, insanlar arasında qorxu və bir-birinə nifrətin aradan qalxdığı zaman bu, sülhə aparan düzgün yoldur. Sülh məhz belə olmalıdır.
Mən, həm də cənab Simonyanı xalqların barışığı məsələlərini həll etməklə yanaşı, Ermənistanla Azərbaycan arasında diplomatik münasibətlər qurmaq barədə düşünməyə çağırıram. Biz fəallar bu barışığa nail ola bilərik, amma dövlət məmurlarının işləri ilə fəallar məşğul ola bilməzlər.

Beləliklə, gəlin bu işi sona çatdıraq", deyə o, qeyd edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO