"Yaxın 15 gün ərzində Azərbaycanla sülh müqaviləsi bağlana bilər".
Bizim.Media xəbər verir ki, bu informasiyanı Ermənistan parlamentinin spikeri Alen Simonyan yayıb.
"Bunun üçün Azərbaycan siyasi iradə göstərməlidir", deyə o, qeyd edib.
"Ümumiyyətlə, beynəlxalq hüquqa və bərabərlik prinsipinə əsaslanan bütün fundamental məsələlər üzrə razılıq əldə olunub”, - deyə Simonyan çərşənbə axşamı jurnalistlərə bildirib.
O deyib ki, Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycan prezidenti İlham Əliyev arasında görüşlə bağlı hələlik razılıq yoxdur.
Xatırladaq ki, sülh müqaviləsi təklifini qalib ölkə kimi İrəvana məhz Bakı irəli sürüb. Müqavilənin 3 ildir ki, imzalanmamasının günahı isə indi Ermənistan hakimiyyətinin üzərinə düşür. Rusiyanın buxovundan qopmağa çalışan İrəvan indi də Qərb havadarlarının "qucağında oturub". Bu baxımdan sülh gündəmi dalana dirənib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
14:10 / 28.11.2023
"Yaxın 15 gün ərzində Azərbaycanla sülh müqaviləsi bağlana bilər" - Alen Simonyan
Hazırda oxunan: "Yaxın 15 gün ərzində Azərbaycanla sülh müqaviləsi bağlana bilər" - Alen Simonyan
Hazırda oxunan: "Yaxın 15 gün ərzində Azərbaycanla sülh müqaviləsi bağlana bilər" - Alen Simonyan
166498
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.