ABŞ-ın dövlət katibi Entoni Blinken Azərbaycan prezidenti İlham Əliyevlə telefonla danışıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Dövlət Departamentinin sözçüsü Metyu Miller yayıb.
Departamentin internet saytı yazır ki, Azərbaycan lideri İlham Əliyevlə söhbətində ABŞ dövlət katibi “Bakının Azərbaycan və Ermənistan arasında davamlı və şərəfli sülh sazişi bağlamaq istəyini” alqışlayıb.
“Dövlət katibi bu uzanan münaqişənin həm azərbaycanlılara, həm də ermənilərə verdiyi iztirabları etiraf edib və sülhün regionda hamıya gətirəcəyi faydaları vurğulayıb”, - deyə Dövlət Departamentindən bildirilib.
“Blinken Azərbaycanla möhkəm əlaqələrimizi müzakirə edib, münasibətlərdə son zamanlar narahatlıq doğuran məqamları vurğulayıb və xüsusilə sülh prosesi ətrafında genişləndirilmiş əməkdaşlıq imkanlarından danışıb”, - Miller əlavə edib.
Sözçü qeyd edib ki, dövlət katibi eyni zamanda Ermənistanın baş naziri Nikol Paşinyanla da danışıb.
Söhbət zamanı Blinken “ABŞ-ın Ermənistanın suverenliyi və ərazi bütövlüyünə davamlı dəstəyini” bir daha təsdiqləyib və rəsmi İrəvanla ikitərəfli əməkdaşlığı genişləndirmək imkanlarından söz açıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
09:42 / 28.11.2023
ABŞ-ın dövlət katibi İlham Əliyevlə telefonla danışdı
Hazırda oxunan: ABŞ-ın dövlət katibi İlham Əliyevlə telefonla danışdı
Hazırda oxunan: ABŞ-ın dövlət katibi İlham Əliyevlə telefonla danışdı
166437
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.