Moskvada Rusiya-Azərbaycan Ekspert Şurasının dördüncü iclası KEÇİRİLDİ 

Moskvada Rusiya-Azərbaycan Ekspert Şurasının dördüncü iclası KEÇİRİLDİ 

Hazırda oxunan: Moskvada Rusiya-Azərbaycan Ekspert Şurasının dördüncü iclası KEÇİRİLDİ 

166339

Bu gün Rusiyanın paytaxtı Moskva şəhərində Rusiya-Azərbaycan Ekspert Şurasının (RAEŞ) IV iclası baş tutub. 

Bizim.Media xəbər verir ki, “Cənubi Qafqazda postmünaqişə inkişafı şəraitində Rusiya ilə Azərbaycan arasında qarşılıqlı əlaqələr” mövzusuna həsr edilmiş tədbir Rusiya Beynəlxalq Məsələlər Şurası (RBMŞ) və Azərbaycanın Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) birgə təşkilatçılığı ilə həyata keçirilib. 

Tədbirin açılışında çıxış edən Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov və Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin MDB ölkələri Departamentinin direktor müavini Mixail Kaluqin Rusiya-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq xarakteri daşıdığını vurğulayıblar.
Onlar Cənubi Qafqazda postkonflikt dövründə, xüsusilə də son zamanlar qeyri-regional dövlətlər tərəfindən artan destruktiv müdaxilələrin neytrallaşdırılması ilə bağlı Moskva və Bakının mövqelərinin yaxınlığını qeyd ediblər. 

XİN rəsmiləri Şuranın fəaliyyətinin ikitərəfli münasibətlərin möhkəmləndirilməsinə verdiyi töhfəni yüksək qiymətləndiriblər.

Daha sonra çıxış edən RBMŞ-nin baş direktoru İvan Timofeyev və BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev Şuranın yarandığı gündən nümayiş etdirdiyi ekspert fəaliyyətinin çox yüksək səviyyədə olduğunu diqqətə çatdırıblar. Onlar iki ölkənin ekspertlərinin birbaşa əlaqələrinin və regionda gedən proseslər haqqında ictimaiyyətlərini məlumatlandırmağın vacibliyini də vurğulayıblar. 
İnteraktiv dialoq şəraitində keçən iclasın qapalı sessiyalarında regional təhlükəsizlik problemləri, qlobal çağırışlar fonunda əməkdaşlıq, xüsusilə Cənubi Qafqaz regionunda yeni geopolitik risklərin qarşısının alınması məqsədilə “3+2” formatı çərçivəsində regional əməkdaşlığın gücləndirilməsi müzakirə olunub.

Şimal-Cənub İTC, Şərq-Qərb yolu və Zəngəzur dəhlizi kimi regional kommunikasiya məsələləri də tədbirin müzakirə mövzusuları sırasında yer alıb. 

İclasda, həmçinin iki ölkə arasında əlaqələrin inkişafına dair müxtəlif aspektlər ilə bağlı Şuranın praktiki tövsiyələrini əks etdirən kommünike qəbul edilib. Hər iki ölkənin müvafiq dövlət qurumları qarşıdan gələn XII Rusiya-Azərbaycan Regionlararası Forumuna təqdim ediləcək sənəddə Şuranın fəaliyyətinin daimi əsaslarla təşkilini məqsədəuyğun hesab edib. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO