Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 31 mart 2021-ci ildə videokonfrans vasitəsiə keçirilən qeyri-rəsmi Zirvə Görüşü üzv dövlətlər arasında bütün sahələr üzrə baş tutan əməkdaşlığın verəcəyi töhvələr hələ uzun müddət müzakirələrə açıq olacaq.
Bu baxımdan Əməkdaşlıq Şurasının bir neçə istiqamətdə Azərbaycanın iqtisadi inkişafına, uğurlu xarici siyasət kursuna və digər sahələrdə məntiqi nəticəsi kimi dəyərləndirmək olar.
Azərbaycan üçün bu əməkdaşlıq çərçivəsində əldə olunmuş uğurlardan bəlkə də ən önəmlisi Türkdilli Dövlətlər arasında geosiyasi və iqtisadi maraqlarının uğurlu şəkildə koordinasiya edilməsidir.
Xatırladım ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılmasına elə məhz Naxçıvan sazişinin imzalanması ilə başladılıb.
Daha sonra 2019-cu il oktyabrın 15-də Bakıda keçirilmiş VII Zirvə Görüşündə təşkilata sədrlik Azərbaycana keçib.
Bu gün alın açıqlığı ilə demək olar ki, dünyada pandemiyanın tuğyan etdiyi bir vaxtda Azərbaycanın sədrliyi dövründə təşkilatın fəaliyyəti nəinki zəifləyib, əksinə daha da gücləndirilib və yeni sahələrdə inkişaf etdirilib.
Məhz bu istiqamətdə görülən mühüm işlər nəticəsində bəzilərinin o qədər də real hesab etmədikləri bir layihənin həyata keçirilməsi mümkün olub. Xarici müdaxilə olmasa idi, Qarabağ məsələsini qısa müddətdə həll olunardı...
Şurada çıxışı zamanı Prezident İlham Əliyevin II Qarabağ müharibəsi zamanı indiyə qədər Azərbaycana Qarabağ konfliktinin həll olunmasında edilən kənar müdaxilələrin qarşısını məhz Türkiyənin aldığını vurğulayaraq, dünyaya Türk birliyinin daha da möhkəmlənməsi mesajını ötürüb.
30 ildə ermənipərəst qüvvələrin müdaxiləsinə görə, bu müddət ərzində Qarabağ konflikti dondurulnuş hesab olunub. Əlbəttə Azərbaycan Ermənistanla təkbətək güc göstərsə idi, ermənilər nəinki bizim torpaqlarımızı zəbt edərdi, hətta sərhədimizə yaxınlaşa bilməzdi.
İlham Əliyevin çıxışında Ərdoğana buna görə təşəkkür etməsi də həmin qüvvələrə proseslərin necə başladılıb, inkişaf etməsinin bütün detallarından xəbərdar olduğu haqqında bir mesaj idi.
Zəngəzuru Azərbaycandan alıb Ermənistana birləşdirdilər
Prezidentin də qeyd etdiyi kimi vaxtikən Azərbaycanın tarixi ərazisi olan Zəngəzuru alıb Ermənistana birləşdirən qüvvələr bununla türk coğrafiyasının mərkəzinə xəncər sancaraq parçalayıb.
Digər tərəfdən Prezident Zəngəzur dəhlizinin nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcəyini, ölkəyə giriş üçün əhəmiyyətli imkan yaradacağını vurğulayıb.
Zəngəzurdan keçəcək və Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası və daha sonra Türkiyəni birləşdirəcək yeni dəhliz regionun nəqliyyat sektorunda olduqca böyük imkanlar yaradacaq.
Zəngəzur dəhlizindən istifadə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlər arasında nəqliyyat sahəsində əməkdaşlığın, yükdaşımaların həcminin daha da artmasına gətirib çıxaracaq.
Son illərdə aparılan uğurlu xarici siyasətin nəticəsində Azərbaycan artıq Xəzər dənizinin şərq sahilində etibarlı tranzit ölkəyə çevrilib. Bu vaxta qədər də Azərbaycan Xəzərin şərqində yerləşən enerji mənbələrinə Bakı-Tbilisi-Ceyhan boru kəməri və ölkəmizin dəmir yolu sistemi vasitəsilə vacib nəqliyyat çıxışını təmin edirdi.
Azərbaycan enerji, nəqliyyat, iqtisadi əməkdaşlıq sahələrində öz imkanlarını türkdilli dövlətlər arasında əməkdaşlığın genişləndirilməsi üçün təqdim edir.
Azərbaycanın öz tərəfdaşları ilə birgə reallaşdırdığı enerji (Bakı-Tbilisi-Ceyhan, TANAP), nəqliyyat (Bakı-Tbilisi-Qars, Yeni Bakı Beynəlxalq Dəniz Limanı) layihələri bu sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın inkişafına imkan verib.
Azərbaycan iqtisadi sahədə üzv ölkələrlə həm ikitərəfli, həm də çoxtərəfli formatda əməkdaşlığa böyük əhəmiyyət verir. Azərbaycanın iqtisadi inkişafı, ölkədəki siyasi-iqtisadi sabitlik, investisiya imkanları üzv ölkələr arasında iqtisadi əməkdaşlığın daha da artırılmasına töhfə verəcək.
Yekun olaraq bu qənaətə gələ bilərik:
Türkdilli Dövlətlərin Əməkdaşlığı gələcəkdə Avropa Birliyi kimi bir Türk Birliyin yaranmasına təkan verə bilər.
Vüsalə Balayeva, Bizim.Media
- A-
- A
- A+
Siyasət
17:45 / 02.04.2021
Azərbaycanın yeni geosiyası həmləsi - “Türkdilli Dövlətlərin Əməkdaşlığı”
Hazırda oxunan: Azərbaycanın yeni geosiyası həmləsi - “Türkdilli Dövlətlərin Əməkdaşlığı”
Hazırda oxunan: Azərbaycanın yeni geosiyası həmləsi - “Türkdilli Dövlətlərin Əməkdaşlığı”
16619
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.