“30 il əvvəl Ermənistan Azərbaycanın Kəlbəcər rayonunu işğal edib və etnik təmizləmə aparıb”.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev özünün “X” hesabında yazıb.
“Kaliforniyada anadan olan terrorçu Monte Melkonyanın rəhbərlik etdiyi qrup Kəlbəcər sakinlərinə ərazini tərk etmək üçün cəmi 10 saat vaxt vermişdi. Onların çoxu qətlə yetirildilər. Montenin doğum günündə, yəni noyabrın 25-də Kəlbəcər işğaldan azad edilib”, - deyə diplomat qeyd edib.
Qeyd edək ki, bu gün Kəlbəcər rayonunun Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsindən üç il ötür. Bununla əlaqədar Azərbaycanda ilk dəfə Kəlbəcər Şəhəri Günüdür.
Bizim.Media