Bahar Muradova:

Bahar Muradova: "Heydər Əliyev Azərbaycan sevgisini hər bir gəncin qəlbinə köçürüb"

Hazırda oxunan: Bahar Muradova: "Heydər Əliyev Azərbaycan sevgisini hər bir gəncin qəlbinə köçürüb"

166042

"Heydər Əliyev Azərbaycan sevgisini hər bir gəncin qəlbinə köçürə bilib".

Bizim.Media xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Peşəkar 100 il” İdarəçilik Marafonu adlı tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, "Azərbaycan Heydər Əliyevin əsəridir" fikrində heç bir mübaliğə yoxdur və bütün dünya bunu belə qəbul edir:

“Biz bütövlükdə xalq olaraq Heydər Əliyev şəxsiyyətinə geniş miqyasda yüksək qiymət veririk. Bu gün Azərbaycan parlaq ulduz kimi dünyanın hər yerindən görünür”.

B.Muradova bildirib ki, Heydər Əliyev Azərbaycan sevgisini hər bir gəncin qəlbinə köçürə bilib:

"Bu gün Azərbaycan əmin əllərdədir. Biz bu gün müxtəlif mövzularda Heydər Əliyev haqqında danışa bilirik. Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, biz hər zaman dəyərlərimizə və Heydər Əliyev ideyalarına sahib çıxacağıq”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO