Qaribaşvili Azərbaycana GƏLDİ - YENİLƏNİB - FOTO

Qaribaşvili Azərbaycana GƏLDİ - YENİLƏNİB - FOTO

Hazırda oxunan: Qaribaşvili Azərbaycana GƏLDİ - YENİLƏNİB - FOTO

165885

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili noyabrın 24-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.

Bizim.Media xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Baş nazir İrakli Qaribaşvilini hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.

*** 10:42

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Bakıya səfərə yola düşüb.

Bizim.Media xəbər verir ki, səfər Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti əsasında baş tutacaq.

Gürcüstan mətbuatının xəbərinə əsasən, Baş nazir SPECA iqtisadi forumunda iştirak edəcək, Prezident İlham Əliyevlə görüşəcək və dövlət başçılarının sammitində çıxış edəcək.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO