“Aprel döyüşlərindən sonra orduda bir sıra neqativ halların baş verməsi, bir sıra insanların qanunsuz olaraq istintaqa cəlb edilməsi bu gün sosial şəbəkələrdə müzakirə olunur. ”.
Bizim.Media xəbər verir ki, bunu deputat Fazil Mustafa Tərtər hadisələrinə münasibət bildirərkən söyləyib.
MÖVZU İLƏ BAĞLI:
Siyavuş Novruzovun bayraq narahatlığı
Millət vəkilinin sözlərinə görə, bəzi insanlar bunu dövlətə qarşı ittiham kimi səsləndirirlər:
“Ayrı-ayrı vəzifəli şəxslərin törətdiyi cinayətlər dövlətin adına yazılmamalıdır. Ona görə də bu məsələlərə aidiyyatı qurumlar tərəfindən cavab verilməlidir. Dövlətə bu cür ittihamlar səsləndirilməməlidir. Ordu müqəddəs yerdir. Bu müqəddəsliyi qoruyub saxlamalıyıq”.
Bizim.Media