İlham Əliyev İƏT-in Baş katibini qəbul edib - YENİLƏNİB 

İlham Əliyev İƏT-in Baş katibini qəbul edib - YENİLƏNİB 

Hazırda oxunan: İlham Əliyev İƏT-in Baş katibini qəbul edib - YENİLƏNİB 

165633

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 22-də İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Hissein Brahim Tahanı qəbul edib. 

Bizim.Media xəbər verir ki, dövlətimizin başçısı İslam Əməkdaşlıq Təşkilatının Baş katibinin BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) tədbirində iştirakının önəmini qeyd edərək, Hissein Brahim Taha ilə bundan əvvəlki görüşlərini məmnunluqla xatırlayıb. 

Prezident İlham Əliyev hər zaman Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə göstərdiyi dəstəyə görə İslam Əməkdaşlıq Təşkilatına, İslam həmrəyliyinə görə təşkilatın üzv dövlətlərinə bir daha təşəkkürünü bildirib.
İki ay əvvəl Azərbaycanın öz suverenliyini tam şəkildə bərpa etdiyini vurğulayan dövlətimizin başçısı Qarabağ münaqişəsinin artıq tarixdə qaldığını qeyd edib. 

Azərbaycanın da daim İslam həmrəyliyi prinsipinə sadiq olduğunu vurğulayan Prezident İlham Əliyev ölkəmizin təşkilatın fəaliyyətini dəstəklədiyini, o cümlədən quruma könüllü maliyyə ianələrini bundan sonra da davam etdirəcəyini diqqətə çatdırıb. 

Azərbaycanın eyni zamanda Qoşulmama Hərəkatına dördillik uğurlu sədrlik etdiyini deyən dövlətimizin başçısı ölkəmizin sədrliyi dövründə təsisat çərçivəsində aparılan fəaliyyətlər barədə də məlumat verib.

Prezident İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində bu günlərdə Bakıda dekolonizasiya mövzusuna həsr olunmuş mötəbər tədbirlərin keçirildiyini, ölkəmizin bu prosesə öz dəstəyini verdiyini qeyd edərək, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin də tarixən müstəmləkəçilikdən əziyyət çəkdiklərini, bu mövzunun təşkilatın gündəliyində saxlanmasının vacibliyini vurğulayıb. 

Xoş sözlərə görə minnətdarlığnı bildirən İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü təmin etməsi, eyni zamanda, Qarabağda aparılan bərpa-quruculuq işləri ilə əlaqədar təbriklərini çatdırıb. 

Baş katib İslam Əməkdaşlıq Təşkilatının fəaliyyətinin dəstəklənməsini, Azərbaycanın könüllü maliyyə ianələrini çox yüksək qiymətləndirdi, bunun təşkilat üçün vacib olduğunu qeyd edib.

Hissein Brahim Taha qəbula, İslam Əməkdaşlıq Təşkilatının tədbirlərinin mütəmadi olaraq Azərbaycanda keçirilməsinə və ölkəmizin maliyyə dəstəyinə görə Prezident İlham Əliyevə şəxsən təşəkkürünü bildirib. 
Görüşdə İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Azərbaycanda keçirilən tədbirlərin, o cümlədən Təşkilata üzv ölkələrin əmək nazirlərinin V konfransının və Bakıda İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzinin yaradılmasının əhəmiyyəti qeyd olunub. 

*** 17:17

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 22-də İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Hissein Brahim Tahanı qəbul edib. 

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO