“Azərbaycan gözəl ölkədir, Azərbaycan olmasaydı, Avropada sülh və təhlükəsizlik olmazdı”.
Bizim.Media caliber.az saytına istinadən xəbər verir ki, bunu Bakıda səfərdə olan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Avropa və Şimali Amerika məsələləri üzrə dövlət naziri Leo Dokerti Prezident İlham Əliyevlə görüşdə deyib.
"Ölkələrimiz arasında əlaqələrin zəngin tarixindən qürur duyuram. Həqiqətən fəxr ediləcək bir şey var. Axı ilk Azərbaycan-Britaniya münasibətləri 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində yaranıb. 20-ci əsrin ilk illərində Britaniya şirkətləri Azərbaycanın neft müəssisələrinə külli miqdarda vəsait qoyublar.
Nəticədə 1904-cü ildə Böyük Britaniya kerosin istehlakının 47,1%-ni Azərbaycandan idxal edib. Məhz Britaniyanın "Vickers Limited" şirkəti krekinq qurğusu üçün texniki avadanlıq istehsal edən ilk şirkət olub.
SSRİ-nin dağılmasından sonra Böyük Britaniya 1991-ci il dekabrın 31-də Azərbaycanın müstəqilliyini tanıyıb. Ölkələrimiz arasında diplomatik əlaqələr 1992-ci il martın 11-də qurulub. Böyük Britaniyanın Azərbaycandakı səfirliyi 1992-ci ilin sentyabrında açılıb. Azərbaycanın Böyük Britaniyadakı səfirliyi 1994-cü ilin yanvarında açılıb.
Ümummilli lider Heydər Əliyevin Böyük Britaniyaya ilk rəsmi səfəri 1994-cü il fevralın 22-25-də baş tutub. Daha sonra o vaxtkı baş nazir Con Meyjor və xarici işlər naziri Duqlas Hurd ilə danışıqlar aparılıb. Həmin səfər zamanı Azərbaycan və Böyük Britaniya arasında Birgə Dostluq və Əməkdaşlıq Bəyannaməsi imzalanıb.
London Azərbaycanda ən böyük xarici investorlardan biridir. 2023-cü ilin iyun ayına olan məlumata görə, Böyük Britaniya Azərbaycana 30 milyard dollardan çox sərmayə qoyub. Beləliklə, bizim ikitərəfli münasibətlərimizdə həqiqətən fəxr edəcəyimiz şeylər var", deyə o, qeyd edib.
Dövlət naziri bunu elə bir vaxtda deyib ki, Vaşinqton və Parisdən açıq-aşkar yalan, yersiz və ermənipərəst bəyanatlar eşidirik. Onların mahiyyəti Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini kölgə altına qoymaqdır. Bu mövqenin yanlışlığı isə göz qabağındadır. Azərbaycan heç kəsə dialoqda ultimatum dilini seçməyə imkan verməyəcək.
Ölkəmiz indiyədək Ermənistanın işğal etdiyi bütün ərazilərin azad edilməsi istiqamətində çox uzun və çətin bir yol qət edib. Nəticədə məqsədinə nail olub. Birləşmiş Ştatlar və Fransa ATƏT-in fəaliyyət göstərməyən Minsk Qrupunun üzvləri kimi onilliklər ərzində Azərbaycan və Ermənistan arasında ədalətli sülh əldə etmək imkanı əldə etmişdilər.
Burada xüsusi bir şey etmək lazım deyildi. Sadəcə Ermənistanı işğalçı ölkə adlandırmaq kifayət idi. Beynəlxalq hüquq normalarına və Baş Assambleyanın və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanaraq buna uyğun davranılmalıydı. Lakin Vaşinqton və Paris Ermənistana qarşı sanksiya tətbiq etmədi, əksinə, Şuşanın işğalı dövründə ABŞ Azərbaycana qarşı biabırçı 907-ci düzəliş təqdim etdi.
Elə indi də ölkəmizə qarşı ən səs-küylü və əsassız ittihamlar məhz Paris və Vaşinqtondan səslənir. Bunun əksinə olaraq, Böyük Britaniya həmişə beynəlxalq hüquqa əsaslanan ədalətli mövqe tutur.
Leo Dokertidən isə ölkəmiz haqqında ədalətli qiymət eşidirik. Onun sözlərinə görə, Böyük Britaniya regional sülh və sabitliyin təmin edilməsinə yönələn istənilən töhfəyə müsbət yanaşır və uzun illər ərzində Azərbaycanla çox mühüm siyasi, iqtisadi, ticarət və enerji əlaqələrinin mövcudluğundan qürur duyur. Bu, bir çox Amerika və Fransa siyasətçilərinin birdən-birə “unutduğu” bir şeydir.
Dokerti İlham Əliyevə görüş zamanı belə deyib: “Azərbaycan təkcə Avropanın əhəmiyyətli enerji təchizatçısı deyil, həm də Cənubi Qafqazda mühüm, məsuliyyətli ölkədir. Azərbaycan olmasaydı, Avropada sülh və təhlükəsizlik olmazdı”.
Və bu, mütləq həqiqətdir. Azərbaycan regionun lider dövlətidir və faydaları Cənubi Qafqazdan kənarda da hiss olunan layihələr həyata keçirir. Ərazi iddiaları və özünütəcrid siyasətini seçən Ermənistan müstəqillik illərində region üçün faydalı bir layihə də həyata keçirməyib. Lakin bu, Vaşinqtonda və Parisdə nədənsə “unudulub”.
Yaxşı, bu, onların seçimidir. Azərbaycan güclü və müstəqildir, çoxlu nüfuzlu dostlara malikdir. Onların sırasında Böyük Britaniyaya əsas yer tutur. Amerika və Fransanın əsəb sarsıntılarına isə sadəcə əhəmiyyət verməmək lazımdır.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
17:55 / 22.11.2023
Vaşinqton və Paris Londondan öyrənməlidir - BAKIYA DOST SƏFƏRİ
Hazırda oxunan: Vaşinqton və Paris Londondan öyrənməlidir - BAKIYA DOST SƏFƏRİ
Hazırda oxunan: Vaşinqton və Paris Londondan öyrənməlidir - BAKIYA DOST SƏFƏRİ
165631
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.