Rusiyadan “Novorossiya” SAVAŞI – Ukrayna yenə bölünür?

Rusiyadan “Novorossiya” SAVAŞI – Ukrayna yenə bölünür?

Hazırda oxunan: Rusiyadan “Novorossiya” SAVAŞI – Ukrayna yenə bölünür?

16563

“Rusiya Krım və Donbasla kifayətlənmək istəmir. Kreml “Novorossiya” layihəsini yenidən işə salmaq istəyir”. 

Bizim.Media xəbər verir ki, bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Facebook” hesabında qeyd edib. 
 

MÖVZU İLƏ BAĞLI:

Rəsmi Berlin niyə səfirini azad edilən bölgələrə göndərməyib? – Politoloqların ŞƏRHİ 


Onun sözlərinə görə, Kreml sahibi tərəfindən 2014-cü ildən səsləndirilməyə başlanan bu plana görə Ukrayna tən yarıya bölünməli, paytaxt Kiyevdən cənuba, şərqə doğru hissəsi Rusiyaya biləşdirilməli idi:

“Bəziləri deyə bilər ki, Kreml beynəlxalq aləmlə üz-üzə qalmamaq üçün belə bir riskə getməyəcək. Krımın ilhaqından əvvəl də belə düşüncələr var idi. Rusiyanın Ukraynanın Mariopol, Dnepr, Xarkov, Xerson, Nikolayev və Odessa kimi şəhərlərində gözü var. Kremli yeni sanksiyalar çəkindirmir, öyrəncəlidir. Rusiyanın siyasi elitası “yeni torpaqlar” uğrunda mübarizəyə köklənib”. 

Politoloq qeyd edib ki, Rusiya Ukrayna ilə sərhəddə hazırda silahlı qüvvələrinin və ağır texnikasının sayını atırır:

“Rusiyanın müvafiq orqanları internet vasitəsilə ağır texnikanın sərhədə daşınması kadrlarını qəsdən yaymaqla Ukraynaya və Qərbə əzələ nümayişi həyata keçirirlər”.

Alçina Amilqızı, Bizim.Media 

​​​​​​​

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO