“Heydər Əliyev Azərbaycanın ən çətin zamanında dövləti yenidən qurdu” – Günay Əfəndiyeva

“Heydər Əliyev Azərbaycanın ən çətin zamanında dövləti yenidən qurdu” – Günay Əfəndiyeva

Hazırda oxunan: “Heydər Əliyev Azərbaycanın ən çətin zamanında dövləti yenidən qurdu” – Günay Əfəndiyeva

165417

"Bir millət, iki dövlət... Heydər Əliyev bir söz deyir və bu söz ata sözünə çevrilir. Bu söz dərin fəlsəfənin başlanğıcına, uzaqgörənliyin və qardaşlığın rəmzinə çevrilir".

Bizim.Media xəbər verir ki, bunu Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Bakıda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş "Heydər Əliyev və parlamentarizm" mövzusunda konfransda çıxışı zamanı deyib.
 

MÖVZU İLƏ BAĞLI:

“Heydər Əliyev türk dünyası üçün tarixi dəyərdir” – Bəkir Bozdağ


O, bu ilin Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib:

"Heydər Əliyev Azərbaycanın ən çətin zamanında qayıdır və yenidən dövləti qurur. Dövlətin müstəqilliyini əbədiləşdirir. Bugünkü müasir Azərbaycanın, öz torpaqlarını qaytarmış, tarixi ədaləti bərpa etmiş Azərbaycanın təməlini qoyur. Bu missiya cənab İlham Əliyev tərəfindən davam etdirilir, bu missiya tarix yazmaq missiyasıdır".

Fond rəhbəri Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı müxtəlif tədbirlər keçirdiyini bildirib:

"Fond olaraq "7 gözəl" musiqi qrupu yaratmışıq, Nizaminin "Yeddi gözəl" əsərinin adından götürülüb, 7 ölkəni təmsil edir. Müxtəlif türk xalqları musiqisini ifa edirlər. Bu musiqi qrupu ilə Avropada konsertlər təşkil etdik".

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO