"Xalqın istəkləri hər şeydən üstün olmalıdır. Bu sözlər 1990-cı illərdə Heydər Əliyevin çıxışındandır".
Bizim.Media xəbər verir ki, bunu Özbəkistanın deputatı Şukrət Çullıyev Bakıda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş "Heydər Əliyev və parlamentarizm" mövzusunda konfransda çıxışı zamanı deyib.
MÖVZU İLƏ BAĞLI:
“Heydər Əliyev türk dünyası üçün tarixi dəyərdir” – Bəkir Bozdağ
O, Heydər Əliyevin xatirəsinin həmişə yaddaşda qalacağını bildirib:
"Böyük lider Heydər Əliyev müstəqillik qazanıb, sağlam təməllərlə dövlət qura bilib. Heydər Əliyevin parlaq xatirəsi ölkəmizdə ölümsüzləşdirilib. Onun 100 illik yubileyi ilə bağlı bir sıra tədbirlər keçirilib".
Günay Şahmar, Bizim.Media