"Mərhum Heydər Əliyev Azərbaycan və türk dünyası üçün böyük tarixi dəyərdir. Buraxdığı əsərlər qiyamətə qədər var olacaq, həm Azərbaycana, həm Türkiyəyə, həm də TÜRKPA-ya yol göstərəcək".
Bizim.Media xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin vitse-spikeri Bəkir Bozdağ Bakıda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş "Heydər Əliyev və parlamentarizm" mövzusunda konfransda çıxışı zamanı deyib.
MÖVZU İLƏ BAĞLI:
TÜRKPA-nın baş katibi: “Heydər Əliyevin siyasi xətti türk dünyasının birliyi olub” - FOTO
O, Heydər Əliyevin Azərbaycan və türk dünyası üçün önəmindən söz açıb:
"Qazi Mustafa Kamal Atatürk Azərbaycanın “sevinci sevincimiz, kədəri kədərimizdir” demişdi. Türkiyənin bu günə gəlməsində Qazi Mustafa Kamal Atatürkün nə rolu, anlamı varsa, Azərbaycan üçün də Heydər Əliyev eyni rol oynayıb.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını çatdıran vitse-spiker 2023-cü ili Türkiyə və Azərbaycan üçün önəmli il olduğunu qeyd edib. O, Heydər Əliyevin bir millət, iki dövlət deyiminin hazırda bir millət yeddi dövlətdən ibarət olduğunu vurğulayıb.
Günay Şahmar, Bizim.Media