Top hazırda Ermənistanın meydanındadır - Prezidentin köməkçisi

Top hazırda Ermənistanın meydanındadır - Prezidentin köməkçisi

Hazırda oxunan: Top hazırda Ermənistanın meydanındadır - Prezidentin köməkçisi

165372

“Regionda yaranan yeni reallıqlar çərçivəsində biz Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması üçün heç bir maneə görmürük”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Hikmət Hacıyev: “Ermənistan anlamalıdır ki, sülhün kökləri regiondadır”


O bildirib ki, Ermənistan tərəfinin sözlərlə oynamaqdansa, konkret addım atıb irəli gəlməsi və masada əyləşməsi çox önəmlidir:

“Hələ ki bu barədə bir söz söyləmək çətindir. Ermənistan tərəfindən aydın fikirlər gözləntisindəyik. Ermənistan sülh müqaviləsi deyiləndə hələ də regiondan kənara baxır. Bizim dediyimiz odur ki, üçüncü tərəflərin gündəliyini bura daşımaqdansa, regionun özünə sahib çıxıb sülh müqaviləsi ilə bağlı danışıqları irəli aparmaq lazımdır. Top hazırda Ermənistanın meydanındadır”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO