Aslan Rubayev: “Azərbaycan üçün ABŞ-ın dəstəyi vacib deyil” – ÖZƏL 

Aslan Rubayev: “Azərbaycan üçün ABŞ-ın dəstəyi vacib deyil” – ÖZƏL 

Hazırda oxunan: Aslan Rubayev: “Azərbaycan üçün ABŞ-ın dəstəyi vacib deyil” – ÖZƏL 

165271

“Ermənistanla Azərbaycan arasındakı qarşıdurmada amerikalıların əsas hədəfi “parçala və hökm sür” ənənəsinə uyğundur. Təbii ki, onlar Ermənistanı hər cür dəstəkləyirlər. Hazırda Ermənistanda amerikapərəst fondların mövcudluğunu nəzərə alsaq, deyə bilərik ki, ABŞ Ermənistanı tərk etməyi planlaşdırmır”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında Avrasiya Problemləri Monitorinq Mərkəzinin (Rusiya) direktoru Aslan Rubayev deyib. 

Azərbaycan və ABŞ arasındakı son gərginliyi şərh edən politoloq, Vaşinqtonun Bakıya qarşı münasibətinə səbəb kimi, ölkəmizin müstəqil siyasət yürütməsini göstərib:

“ABŞ-ın məqsədi regionda sabitliyi pozmaq, İran və Rusiyanı zəiflətməkdir. Çünki Ermənistanla Azərbaycan arasında hər hansı toqquşma Türkiyə və İran kimi dövlətlərin iştirakı ilə regional münaqişəyə çevrilə bilər. Bu işdə amerikalıların əsas strategiyası gərginlik və müharibə yaratmaqdan ibarətdir.

Onların Ermənistanla Azərbaycan arasındakı müharibəyə Rusiyanı cəlb etmək istəkləri reallaşmadı. KTMT qüvvələrinin iştirakı ilə müharibə planlaşdıran amerikalıların gördüyü mənzərə bundan ibarət oldu ki, Azərbaycan suverenliyini bərpa etdi. Azərbaycanın öz əraziləri üzərində suverenliyini və tarixi ədaləti bərpa etməsi Ağ Evin xoşuna gəlmədi. Amerika hər zaman ölkələrdən öz maraqları üçün istifadə edir”, - deyə A.Rubayev qeyd edib. 

“Azərbaycan ABŞ-ın dəstəyinə ehtiyac duymur”

Bakının Vaşinqtonun dəstəyinə ehtiyacı olmadığını bildirən analitik, Azərbaycanın dünya siyasətində özünü təsdiq etdiyini deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Qanla qazanılan SƏRVƏT – ABŞ müharibələrin bitməməsi üçün əlindən gələni EDİR...


“Deyə bilərəm ki, Azərbaycan ABŞ-ın dəstəyinə ehtiyac duymur. Əsas odur ki, Azərbaycana qarşı sanksiyalar tətbiq etməsinlər və heç bir şəkildə rəsmi Bakıya mane olmasınlar. Fakt budur ki, 30 il ərzində Azərbaycan xarici siyasətdə özünü çox məharətlə sübut edib, çoxvektorlu siyasət qurub və hazırda Türkiyə ilə çox yaxşı iqtisadi və hərbi əlaqələrə malikdir. 

Azərbaycan Rusiya ilə də uğurlu iqtisadi və humanitar əlaqələrə malikdir. 

Cənab İlham Əliyevin hətta Avropa İttifaqı ilə də yaxşı münasibətləri var. Burada bəzi anlaşılmazlıqlar olsa da, onlar o qədər də ciddi deyil. İranla da Azərbaycan arasında bütövlükdə stabil münasibətlər mövcuddur. 

Bir sözlə, Azərbaycanın dünya siyasətində çoxlu dostları var və heç kim Azərbaycanın yıxılmasına imkan verməyəcək. Azərbaycan kimi özünü təmin edən bir oyunçu üçün ABŞ-ın diqqəti, regionda olub-olmaması vacib məsələ deyil”, - deyə A.Rubayev əlavə edib.

Tehran Orucoğlu, Bizim.Media 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO