Hüquqi KOMEDİYA – “Ədalət” Məhkəməsi ermənilərə görə BMT-ni belə TƏKZİB ETDİ

Hüquqi KOMEDİYA – “Ədalət” Məhkəməsi ermənilərə görə BMT-ni belə TƏKZİB ETDİ

Hazırda oxunan: Hüquqi KOMEDİYA – “Ədalət” Məhkəməsi ermənilərə görə BMT-ni belə TƏKZİB ETDİ

165245

Xəbər vediyimiz kimi, BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın müraciəti ilə bağlı keçirdiyi iclasda Azərbaycanın Qarabağın erməni əhalisinin hüquq və azadlıqlarını təmin etməli olması ilə bağlı qərar çıxarıb. Bu qərarın lehinə 13, əleyhinə isə 2 səs verilib. 

Qərar sözügedən məhkəmənin tamamilə ermənipərəst mövqedən çıxış etdiyinin bariz nümunəsidir. 
 

MÖVZU İLƏ BAĞLI:

Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın Qarabağla bağlı tələbini RƏDD ETDİ


BMT təkzib etdiyini Ədalət Məhkəməsi təsdiqləyir...

Qərarda bildirilir ki, Azərbaycan bu il sentyabrın 19-dan sonra Qarabağı tərk etmiş və qayıtmaq istəyən erməni millətindən olan şəxslərin Qarabağa qayıtmasını təmin etməlidir. Bundan əlavə, Qarabağda qalan və getmək istəyən ermənilərin təhlükəsiz və maneəsiz şəkildə gedə bilmələri təmin edilməlidir. Üçüncüsü, Azərbaycan sentyabrın 19-dan sonra Qarabağda qalan və ya daha sonra geri qayıdanlara qarşı “güc tətbiqi”ndən və ya “hədə-qorxu”dan yayınmalıdır.

Qərara əsasən, Azərbaycan “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında” Beynəlxalq Konvensiya üzrə üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq, Qarabağın erməni əhalisinin bütün qeydiyyat sənədlərinin, şəxsiyyətini təsdiq edən sənədlərin və xüsusi mülkiyyət sənədlərinin saxlanmasını təmin etməlidir.

Ölkə 8 həftə ərzində yuxarıda qeyd olunan kateqoriyadan olan ermənilərin hüquqlarının təmin edilməsi və görülən tədbirlər barədə hesabat təqdim etməlidir.

Göründüyü kimi, Beynəlxalq Ədalət Məhkəməsinin qərarları reallıqdan və obyektivlikdən tamamilə uzaqdır. Çünki Azərbaycan Qarabağın erməni sakinlərinə qarşı heç vaxt hədə-qorxu gəlməyib. Bunu Ermənistan rəsmilərinin açıqlamaları və BMT-nin bəyanatları da sübut edir.

Xatırladaq ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarının nümayəndəsi Kavita Belani sentyabrın 30-da BMT-nin Cenevrə ofisində keçirdiyi mətbuat konfransında bəyan etmişdi ki, Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin Ermənistana keçməsi zamanı heç bir neqativ müraciət qeydə alınmayıb. 

Göründüyü kimi, Məhkəmənin qərarı BMT rəsmisinin açıqlamalarını belə təkzib edir. 

“Siyasi xarakterli qərardır”

Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa bildirir ki, BMT Beynəlxalq Məhkəməsinin verdiyi qərar siyasi xarakterli qərardır: 

“Onlar məsələyə sanki öz əlaltısı olan adamlara tapşırıq verirmiş kimi yanaşırlar. Bu da obyektivliyin nə dərəcədə iflasa uğradığını göstərir. Ona görə də BMT Beynəlxalq Məhkəməsinin verdiyi qərarların heç birində hüquqi motiv, hüquqi mətn yoxdur. Bunlar birbaşa siyasi qərarlar kimi xarakterizə olunmalıdır. 

Belə qərarların əsası yoxdur, hüquqi tətbiqi də mümkün deyil. Sırf Ermənipərəst mövqedən qəbul olunan qərarlardır. Azərbaycan həmin qərarlar obyektivliyi əks etdirmədiyindən haqlı olaraq onları rədd edir və belə addımlara siyasi sifarişli qərarlar kimi baxır”.

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO