İraq Prezidentinin rəsmi qarşılanma MƏRASİMİ - FOTO/VİDEO

İraq Prezidentinin rəsmi qarşılanma MƏRASİMİ - FOTO/VİDEO

Hazırda oxunan: İraq Prezidentinin rəsmi qarşılanma MƏRASİMİ - FOTO/VİDEO

165194

Azərbaycan Respublikasına rəsmi səfərə gələn İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin noyabrın 20-də rəsmi qarşılanma mərasimi olub. 

Bizim.Media xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda İraq Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. 

Azərbaycan Prezidenti İlham Əliyev İraq Prezidenti Əbdüllətif Camal Rəşidi qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi İraq Prezidentinə raport verib. 

Prezident Əbdüllətif Camal Rəşid Azərbaycan əsgərlərini salamlayıb. Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər. 

İraq Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib. 

Azərbaycan nümayəndə heyəti İraq Prezidentinə, İraq nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olunub. 

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və İraq Prezidenti Əbdüllətif Camal Rəşidin qarşısından keçib. 
Dövlət başçıları rəsmi foto çəkdiriblər. 
 




















Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO