Bakıda Qoşulmama Hərəkatının konfransı KEÇİRİLİR 

Bakıda Qoşulmama Hərəkatının konfransı KEÇİRİLİR 

Hazırda oxunan: Bakıda Qoşulmama Hərəkatının konfransı KEÇİRİLİR 

165169

Bakıda Qoşulmama Hərəkatının Qadın Hüquqlarının İnkişafı və Qadınların Səlahiyyətləndirilməsi üzrə konfransı keçirilir. 

Bizim.Media xəbər verir ki, iki gün ərzində baş tutacaq toplantıda qonaq ölkələrin iştirakı ilə interaktiv panel müzakirələri təşkil olunacaq. 

Tədbirə Ombudsman Səbinə Əliyeva, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Azərbaycanın ilk İnsan Hüquqları üzrə müvəkkili Elmira Süleymanova, gənclər və idman nazirinin müavini Mariana Toteva Vasileva və deputatlar qatılıblar. 

Tədbir iştirakçıları arasında, həmçinin BMT, ICESCO, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu kimi təşkilatların nümayəndələri, Türkiyə, Özbəkistan, Türkmənistan, Sudan, Rusiya, İndoneziya, Misir, Venesuela, Fələstin, Hindistan, Birləşmiş Ərəb Əmirlikləri, Keniya, İran, Belarus, Mərakeş, Küveyt, Uqanda, Nepal, Pakistan, Səudiyyə Ərəbistanı, İraq, Qətər, Kuba, Malayziya, İordaniya, Meksika kimi ölkələrin təmsilçiləri də yer alırlar. 
Eyni zamanda, konfransa 9 beynəlxalq təşkilat qatılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO