Rusiya KİV-ə istinadən Azərbaycan mətbuatında da xəbərlər yayılıb ki, Şuşa şəhərində rus sülhməramlıları üçün şəhərcik salınacaq.
Bizim.Media xəbər verir ki, “Müsavat tv”nin canlı debatında sözügedən məsələ ətrafında fikir mübadiləsi aparan millət vəkili Elman Nəsirov və Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn bu xəbərə inanmadıqlarını bidiriblər.
MÖVZU İLƏ BAĞLI:
Elman Nəsirov: "ABŞ Azərbaycan kimi strateji tərəfdaşını itirə bilər"
Elman Nəsirov qeyd edib ki, “təki bu xəbərlər yalan olsun. Təki dezinformasiya olsun. Amma istənilən halda bu yanaşma düzgün deyil”.
Sabiq baş nazir Pənah Hüseyn isə vurğulayıb ki, “buna heç bir halda inanmaq istəmirəm. Çünki Şuşa Rusiya sülhməramlılarının məsuliyyət zonasına aid ərazi deyil.
Şuşa şəhərində rus sülhməramlıların mobil şəhərciyinin yaradılması situasiyanı köklü şəkildə dəyişə bilər”.
Bizim.Media