“Ermənistanın ATƏT və təşkilatın Ukraynadakı Xüsusi Monitorinq Missiyasının büdcəsini bloklaması dünən (31 mart) aradan qaldırılıb. Bu yaxşı bir şeydir. Səhv etmirəmsə, Ermənistan da bu qərarla razılaşdı”
Bu sözləri Bizim.Media ilə eksklüziv müsahibəsində AŞPA-nın vitse-prezidenti, Ukrayna Ali Radasının deputatı Aleksandr Mereşko səsləndirdi.
- İrəvanın Kiyevə qarşı bu cür düşmənçilik mövqeyi nə ilə bağlıdır?
- Ermənistan Ukrayna ilə rəsmən düşmənçilik etmir. Problem ondandır ki, İrəvan siyasi və iqtisadi cəhətdən Rusiyadan asılıdır.
- Biz istərdik ki, Ermənistanın Kremldən asılılığı sona çatsın. Bununla da İrəvan Azərbaycan və Türkiyə ilə normal, mehriban qonşuluq əlaqələri qursun. Ermənistanın Azərbaycan və Türkiyə ilə əməkdaşlıqdan daha çox fayda görəcəyini düşünürəm. Nəinki Rusiya asılılığından...
- Ümumiyyətlə, Donbassla bağlı Ukraynanın planları nədir və müharibə proqnozları realdırmı?
- İlhaq olunan Ukrayna ərazisində situasiya gərgindir. İşğalçı qoşunlar səssizliyi, stabilliyi pozmaq üçün provokasiyalarını davam etdirirlər. Buna rəğmən Rusiyanın Donbassa irimiqyaslı hücum edəcəyinə inanmıram.
Çünki Ukrayna silahlı qüvvələri belə hərbi əməliyyatların qarşısını almaq üçün kifayət qədər güclüdür və müvafiq resurslara sahibdir. Bundan əlavə, Moskva qərb ölkələrinin reaksiyasından qorxur. Kreml Minsk razılaşmalarını pozduğu halda Rusiyaya qarşı sanksiya təzyiqləri arta bilər.
Anar Rəhimov, Bizim.Media
- A-
- A
- A+
Siyasət
16:47 / 01.04.2021
Azərbaycan-Ermənistan münasibətləri, Donbasda yeni müharibə haqqında AŞPA vitse-prezidentindən ÖZƏL...
Hazırda oxunan: Azərbaycan-Ermənistan münasibətləri, Donbasda yeni müharibə haqqında AŞPA vitse-prezidentindən ÖZƏL...
Hazırda oxunan: Azərbaycan-Ermənistan münasibətləri, Donbasda yeni müharibə haqqında AŞPA vitse-prezidentindən ÖZƏL...
16501
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.